Fazil Mustafa: "Səriştəsiz məmurlar təcili dəyişdirilməlidir"

Fazil Mustafa: "Səriştəsiz məmurlar təcili dəyişdirilməlidir""Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik". Bu fikirlər deputat Fazil Mustafaya məxsusdur.

BiG.AZ xəbər verir ki, Milli Məclisin üzvü dünən gecə baş verənlərlə bağlı qeydlərini yazıb.

"Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi. İnsanların Vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər. Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum. Necə ki, 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi, biz də bunu deyirik.

Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində Şuşa və Laçın getdi. İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar. Bu o deməkdir ki, istənilən mobil provakator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər. Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur.

Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr biz bu dəfə Azərbaycanı itirəcəyik və kimlərəsə arzuladığı hakimiyyət də qismət olmayacaq. Xüsusilə də sosial şəbəkələrdə çağırışlara diqqət etməliyik, vətəndaşları qanunlara əməl etməyə çağırmalıyıq. Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır.

Ona görə də dövlətimizə erməni canilərinə qarşı və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər. Bu hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi istisadi və sosial yönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2418   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260