BQXK: "Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq"

BQXK: "Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca iyulun 12-dən etibarən intensivləşmiş və barəsində məlumat verilən hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatdır.

Bu barədə BQXK-nin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir:

"BQXK münaqişə tərəfləri ilə öz narahatlıqlarını ikitərəfli qaydada bölüşür, eləcə də, mülki şəxsləri hərbi əməliyyatlarda bilavasitə iştirak edən şəxslərdən hər bir zaman fərqləndirmək öhdəliklərini xatırladır".

BQXK-nın region üzrə əməliyyatlarının direktoru Martin Syup tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, məktəb binaları və səhiyyə müəssisələri kimi mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırıb:

"Biz tərəflər arasında neytral vasitəçi qismində çıxış etməyə və hərbi əməliyyatların son kəskinləşməsinin təsirinə məruz qalanlara yardım göstərməyə hazırıq".

Qeyd edək ki, BQXK regionda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir. BQXK, Bakı və Yerevandakı nümayəndəlikləri vasitəsilə Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca yerləşən icmalara dəstək göstərir.

Bundan əlavə, itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq və onların ailələrinə kömək etmək üçün çalışır, azadlıqdan məhrum edilmiş şəxslərə baş çəkir, azad edilmiş şəxslərin repatriasiyası əməliyyatlarına şərait yaratmaq üçün neytral vasitəçi qismində çıxış edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 83
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 86
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 215
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 0
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 120
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 76
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 138
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 386