Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib

Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib
Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

BiG.AZ-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun rəsmi "Facebook" və "Instaqram" sosial şəbəkələrində məlumat paylaşılıb:

"Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından iyulun 12-də Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətində növbəti hərbi təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçularının ailələrinə başsağlığı verir və səbr diləyirik.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın igidliyi hər zaman Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 431 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol