115 kubalı həkim Azərbaycana gəldi

115 kubalı həkim Azərbaycana gəldi
COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana dəstək üçün 115 nəfər kubalı həkim artıq paytaxtdadır.

BiG.AZ xəbər verir ki, həkim heyəti Azərbaycanın tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Kuba təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 986 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol