Mingəçevirdə fəaliyyət göstərən bərbərxana aşkarlandı

Mingəçevirdə fəaliyyət göstərən bərbərxana aşkarlandı
Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub.

Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 946 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol