Bakıda şirkətin anbarı qarət olundu

Bakıda şirkətin anbarı qarət olundu
Bakıda anbar qarət edilib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, A.Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 min 500 ədəd künclük və 9 min 500 ədəd sıxıcı vasitə oğurlayıb.

Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 610 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol