Ana südündə koronavirusu zərərsizləşdirən antikorlar tapılıb
Koronavirus xəstəliyindən sağalan anaların südündə bu xəstəliyə qarşı antikorlar aşkar edilib.
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "İzvestiya" Pekin Biotexnologiya İnstitutunun alimlərinin apardığı araşdırmaya və Kaliforniya Mersed Universitetinin mütəxəssislər qrupunun Sinay dağındakı İkan Tibb Məktəbi ilə birgə həyata keçirdikləri tədqiqata istinadən yazır.
Mütəxəssislərin fikrincə, ana südündə xüsusi antikorlar var. Onlar həzm sistemində mədə şirəsi ilə emal edildikdən sonra sağ qala bilir. Alimlər məhz bu antikorların körpələri koronavirusdan qoruduğunu hesab edirlər.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, nəzəri olaraq, ana südü koronavirusun müalicəsində istifadə oluna bilər, lakin bunun qarşısını alan amillər var. Onların fikrincə, belə bir vasitələr baha olacaq. Eyni zamanda, süddə, əksinə, virus ola bilər.
Daha öncə London Kral Kollecinin alimləri bildiriblər ki, koronavirusdan sağalan insanlarda bu xəstəliyə qarşı immunitet cəmi üç ay ərzində kəskin şəkildə azalır. Mütəxəssislərin fikrincə, virusu zərərsizləşdirən antikorların ən yüksək miqdarı xəstələrdə ilk simptomların əmələ gəlməsindən üç həftə sonra qeydə alınır. Alimlər bildirirlər ki, 60 faiz xəstələrdə bu müddətdə koronavirusa qarşı çox yüksək immunitet yaranır, lakin üç ay sonra xəstələrin yalnız 17 faizində bu immunitet qalır.
Natəvan Baxşiyeva
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏncirlə süd - 10 dərdə dərmandır
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın
10.08.2021 2433 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334 Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI
Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm
08.09.2021 598 Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI
Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı
22.08.2021 1318 Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Koronavirusa qarşı 7 peyvənd vurdurdu
Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun
26.08.2021 986