Koronavirusa yoluxan Azərbaycanın Xalq artistindən xəbər var

Koronavirusa yoluxan Azərbaycanın Xalq artistindən xəbər var
Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

BiG.AZ axşam.az-a istinadən xəbər verir ki, xanəndənin səhhəti haqda rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib. Muğam ifaçısı bildirib ki, N.Teymurova ilə tez-tez telefonla danışır və səhhəti yaxşıdır:

"Hamı sənətkarımız Nəzakət Teymurovaya görə narahatdır. Telefonum susmayıb. Səhhəti stabildir, şükür. Hamımız Allaha dua edək, tezliklə evə dönsün".

N.Teymurova isə səhhəti ilə bağlı "Hər şey yaxşı olacaq" qısa cavabını verib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3492 Tarix: 13.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol