Döyüşlərin getdiyi Tovuzdan görüntülər — CƏBHƏDƏ NƏ BAŞ VERİR? / VİDEO

Döyüşlərin getdiyi Tovuzdan görüntülər — CƏBHƏDƏ NƏ BAŞ VERİR? / VİDEO
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozara, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və onlar itki verərək geri çəkiliblər.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Qeyd edək ki, İTV-nin müxbiri döyüşlərin getdiyi sərhəd bölgəsindən son məlumatları çatdırıb.(ölkə)


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 13248 Tarix: 12.07.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol