Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ

Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var - RƏSMİ
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 14358 Tarix: 12.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol