Məşhur həkimdən virusla mübarizədə vacib tövsiyələr: "Qarpız yeyin, doğramac için"

Məşhur həkimdən virusla mübarizədə vacib tövsiyələr: "Qarpız yeyin, doğramac için""Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün əlavə 250 ml maye tələb olunur. Mayenin yetərsiz qəbulu temperatursalıcı maddələrin effektsiz olmasına, bəlğəmin çətin ifrazına, qanın qatılaşmasına səbəb olur".

Bu sözləri tanınmış həkim reanimatoloq Şahin Məmmədov koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi haqqında danışarkən deyib. Həkim COVİD-19 xəstələrinin müalicəsi barədə vacib tövsiyələr verib.

O, eyni zamanda evdə və xəstəxanada müalicə arasında fərqi ətraflı şəkildə izah edib: "Mayeləri enteral qəbul etməyiniz daha məsləhətdir. Yəni içkilər və yeməklərlə. Evdə sistem qoşmaq riskli prosedurdur və 90% xəstənin buna ehtiyacı yoxdur.

Çoxlu qarpız yeyin, doğramac için

"Kofeinli içkilər az istifadə edin, çünki onlar sidikqovucudurlar. Həmçinin, alkoqollu içkilərdən, enerji içkilərindən uzaq olun.

Çay içməyi sevirsizsə, çalışın tünd olmasın. Kəklikotu ya başqa bitki çayları daha məsləhətdir".

Mütəxəssis bildirib ki, evdə müalivə və yaxud xəstəxanaya yerləşdirilmə ilə bağlı suallar çox gəlir: "Evdə müalicənin üstünlüyü odur ki, evdə xəstəxanadaxili infeksiya yoxdur. İkinci üstünlüyü odur ki, evdə xəstəyə daha gözəl qayğı və qulluq olur və bu da ağciyər pnevmoniyasında çox vacibdir. Həm xəstəxanaya aparılanda hara düşəcək, onu kim müalicə edəcək bilinmir. Amma evdə müalicənin çatışmayan cəhəti müalicənin baha başa gəlməsi, analizlər və digər müayinələrin vaxtı vaxtında aparılmaması, xəstənin digər ailə üzvlərindən izolə edilə bilməməsi, həkim nəzarətinin zəif olması və lazım gələrsə oksigen və süni tənəffüsün verilə bilməməsidir.

Ona görə də yaxşı olar ki, xəstə yaxşı həkim və təchizatı olan xəstəxanaya yerləşdirilsin. Bu alınmırsa, evdə bütün şərait varsa, həkim nəzarəti yaxşı təşkil oluna bilirsə, evdə müalicəyə cəhd etmək olar".(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4176   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882