Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yol nəqliyyat hadisələrində ölənlərin sayı artıb, Bakıda isə bu göstərici 12% azalıb. Ölkə üzrə nəqliyyat vasitələrinin təxminən 50%-nin Bakı şəhərində cəmləşməsinə baxmayaraq qəzalar nəticəsində ölüm hallarının cəmi 22,5%-i paytaxtda baş verib.

Bədbəxt hadisələrin Bakı üzrə statistikasının azalmasında bu şəhərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılmış addımlardır. Son iki ildə Bakının piyada yönümlü şəhərə çevrilməsi əsas prioritet məqsədlərdən biri kimi təyin olunub. Bu məqsədlə Bakı Nəqliyyat Agentliyinin (BNA) "ideal səki", "yolların optimallaşdırılması" layihələri həyata keçirilir, küçə və prospektlər yeni svetoforlarlarla təmin edilir, yol kənarlarında kiçik məhəccərlər quraşdırılır. Agentliyin "ideal səki" layihəsi çərçivəsində səkilərə əlillərin, kalyaskalı şəxslərin, velosipedlə hərəkət edənlərin rahatlığını təmin etmək üçün panduslar döşənir.

Yollardakı optimallaşdırma layihələri də piyada təhlükəsizliyinin təmin edilməsinə hesablanıb. Belə ki, küçələrdə yolların içinə doğru çıxıntılar inşa edilməklə avtomobillərin hərəkət zolağı bir qədər daraldılıb və piyadanın səkidən dərhal yola çıxmasının qarşısı alınıb. Yeni salınan yollarda sürücü piyadanın yola çıxdığını daha rahat şəkildə görə bilir. Bu çıxıntılar arasında qalan ciblər isə avtomobillərin hərəkətə mane olmadan parklamasını təmin edir.

Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov Avtosfer.az-a verdiyi açıqlamada qeyd edib ki, son illər şəhərdə görülən işlər yol nəqliyyat hadisələrində zərər çəkənlərin sayını azaldır:

"Xüsusən piyadaların zərərçəkməsinin qarşısını almaq məqsədilə şəhərdə bir sıra işlər görülür. Misal olaraq, yeraltı və yerüstü keçidlərin salınması, svetoforların, dəmir məhəccərlərin quraşdırılmasını göstərmək olar. Xüsusən piyada seksiyaları ilə təchiz olunmuş svetoforlar bu istiqamətdə önəmli faktordur.

Yol hərəkəti təhlükəsizliyində əsas amillərdən biri isə piyadaların özlərinin təhlükəsizlik qaydalarına riayət etməsidir. Çünki yol nəqliyyat hadisələri əsasən piyada keçidlərində deyil, o keçidlərdən kənarda, sürətli yollarda olur. İndi yollara kameralar quraşdırılıb. Yollarda sürət həddi azaldılır. Sürücülərin əksəriyyəti sürət həddini aşmırlar. Məktəblərdə də yol hərəkəti ilə bağlı maarifləndirici işlər aparılır.

Paytaxdakı yeni yollar da piyada təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə son illər Bakıda piyada təhlükəsizliyin artırılması istiqamətində müsbət addımlar atılıb. Ümid edirik i bu addımlar yenə atılacaq və gələcəkdə Bakı piyada yönümlü şəhərə çevriləcək. Çünki ölkə rəhbərliyinin də əsas məqsədi vətəndaşlarımızın sağlamlığı və təhükəsizliyidir"

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?Nəqliyyat üzrə ekspert Yasin Mustafayev piyada təhlükəsizliyi istiqamətində görülən işləri bu cür dəyərləndirib:

"Yollarda piyadalar üçün şəraitin yaradılması son dövrlər çox gündəmdədir. Sosial şəbəkələrdə bu sahədə insanların, mütəxəssislərin reaksiyalarına tez-tez rast gəlirik. Hazırda bu istiqamətdə müsbətə doğru dəyişikliklər var. Burada piyada səkilərinin daha yaxşı vəziyyətə gətirilməsini xüsusi qeyd etmək lazımdır. Son zamanlar müxtəlif və eyni səviyyəli piyada keçidləri olan yerlərdə işıqlandırma sisteminin quraşdırılması çox təqdirəlayiqdir. Bu işlər qəzaların qarşısını almaqda müstəsna rol oynayır. İndi hər yerdə işıq dirəkləri quraşdırılıb və nəticədə sürücülər yola çıxan piyadanı daha rahat görür".

Ekspert qeyd edib ki, son illər piyada və sürücü mədəniyyəti də müsbətə doğru dəyişib:

"Yol nəqliyyat hadisələrində ölənlərin sayının azalmasında iki əsas səbəb var. Birinci yollarda piyadalar üçün səkilərin yaradılmasıdır. İkincisi isə həm sürücü, həm də piyada mədəniyyətinin yüksəlməsidir. Bu işdə piyadalar yol verməyən sürücülərə cərimə tətbiqi, eyni zamanda maarifləndirici video çarxların hazırlanması mühüm rol oynadı. Artıq piyada və sürücülər müasir davranış qaydalarına riayət edirlər".

Dünyanın aparıcı ölkələrində piyada yönümlü şəhərlərin formalaşdırılması əsas strategiyalardan biridir. BNA-nın bu strategiyanı prioritet olaraq müəyyənləşdirməsi növbəti illərdə Bakıda yol nəqliyyat hadisələrinin sayının və həmçinin, bu cür qəzalar səbəbindən ölənlərin sayının daha da azalmasına səbəb olacağı gözlənilir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 956   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 437
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 299
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 468
.

Dünyanın ən yaxşı kameralı telefonu! Bu tarixdən ölkəmizdə SATIŞA ÇIXACAQ! - FOTOLAR

Sonuncu dəfə dünyanın ən böyük mobil texnologiya sərgisi olan Mobil Dünya Konqresi (MWC 2024) İspaniyanın Barselona şəhərində keçirildi. Əlbəttə ki, bu sərgidə özünəməxsus strategiyası ilə texnologiya həvəskarlarının diqqətini cəlb edən "Honor" texnologiya brendi oldu. MWC 2024-də əldə etdiy

22.04.2024 705
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 414
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 405
.

"Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir"-EKSPERT

"Bu gün Fransanın "bizimdir" deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya Merovinqlər sülaləsinin əcdadları da yox idi.Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Saki

22.04.2024 234
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 40
.

"Aldığın hədiyyədən, ailəndən bizə nə?" - Nazpəri

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özün

22.04.2024 562