Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıb

Tibb müəssisələrinə koronavirusla bağlı erkən müraciətlər artıbDünyada koronavirusa yoluxanların 5 faizi xəstəliyi daha kritik, ağır keçirir. Həmin xəstələrin "ölümlə olum" arasındakı mübarizəsi reanimasiya şöbəsində gedir. Dövlətimizin gördüyü tədbirlərlə mart-aprel aylarında xaricdən gələn yoluxma hallarının qarşısı alındı. Mayın ortalarından etibarən, xüsusilə iyunda daxili yoluxma nəticəsində xəstələrin sayı artdı. Ölkəmizdə gündəlik 500-dən çox yoluxma faktı qeydə alınır. Onlardan 10 faizə qədərində ağırlaşma, orqan çatmazlığı müşahidə olunur. Yoluxma sayı artdıqca, ağır xəstələrin sayı da artır.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, əvvəlki aylara nisbətən vətəndaşlar koronavirusla əlaqədar həkimlərə, tibb müəssisələrinə vaxtında müraciət edirlər. Bu hal, xüsusilə son bir ayda daha çox nəzərə çarpır: "Vətəndaşların əksəriyyəti vəziyyətin ciddiliyini anlayır və erkən müraciətin ağırlaşma hallarının qarşısını aldığını bilirlər. Ona görə vaxtında müraciət halları xeyli artıb. Bu, müsbət haldır. Yay aylarında yüksək qızdırma, soyuqlama, qrip kimi hallarla çox rastlaşmamışıq. Bu, daha çox yaz-payız aylarında qeydə alınır. Ona görə də belə hal müşahidə olunarsa, pandemiya davam etdiyi üçün COVID-19-dan şübhələnməli və həkimə müraciət etməliyik. Vaxtında müraciət xəstəliyə erkən müdaxilə etməyə imkan verir. Əlbəttə ki, virusa yoluxanlar, xüsusən də gənclər, yəni 30 yaşadək olanlar xəstəliyi 70-80 faiz rahat keçirirlər. Lakin kimin immun sisteminin hansı statusda olduğu bəlli deyil. Bu xəstəliyin ağırlaşması və ölümlə nəticələnməsini nəzərə alaraq həkimə, tibb məntəqələrinə vaxtında müraciət etmək lazımdır".

Klinikanın şöbə müdiri bildirib ki, koronavirus, yəni SARS-CoV-2 bizim orqanizmimizə yad virusdur. Elmə məlum olan teorilərə görə, indiyədək heyvanlarda yaşayıb, sonra onlardan insan orqanizminə keçib: "Orqanizmimizin immun sistemi bu virusu tanımır. Ona görə də bu ikisi arasında ciddi mübarizə başlayır. Orqanizmimiz virusu yad bir cisim kimi qəbul edir və immun sistemimiz onu öldürməyə çalışır. Bəzən isə immun defekti olan insanlarda bu, baş vermir. Hətta gənc yaşda olan, heç bir xəstəliyi olmayan xəstənin immun sistemi virusa qarşı anormal reaksiya verə bilər, sepsis, kəskin respirator dispress sindromu, multiorqan çatışmazlığına səbəb olan vəziyyət yaranar. Bunu koronavirus çox rahatlıqla törədə bilər. İmmun sistemimiz həmin virusu tanımadığından onu orqanizmdən uzaqlaşdıra bilmir.

COVID-19 ciddi bir virusdur, ağırlaşa, hətta septik şok, sepsis, kəskin respirator dispress sindrom kimi öldürücü tablolara səbəb ola bilər. Təbii ki, ən çox ağciyərlər hədəfə alınır və kəskin respirator dispress sindrom yaranır. Nəticədə ağciyərlərdə iltihab başlayır. İltihabi maye havanı alıb-verən ağciyər alveollarına daxil olur, nəticədə ağciyərlər maye ilə dolub ağırlaşır, havanın alıb-verilməsi pozulur. Bu da boğulma, nəfəs darlığı, nəfəs ala bilməməyə səbəb olur.

İnsan oksigeni alıb karbonu verə bilmirsə, bu, digər orqanları zədələyir, orqanizmin məhvinə səbəb olur. Koronavirusun törətdiyi proseslər bütün vacib orqanları zədələyir.

Reanimasiya və intensiv terapiya şöbəsində müalicə alan orqan çatışmazlıqları olan, ağırlaşmış xəstələrə simptomatik, patogenetik və dəstək müalicəsi ilə vaxt qazandırmağa çalışırıq. Bununla onların orqanizmlərinin, hüceyrələrinin ölümünün qarşısını alırıq. Çalışırıq ki, orqanizm bərpa olunsun, özü mübarizə aparsın. Koronavirus həmin ağırlaşmalara səbəb olanda sağalma müddəti 14-15 gün təşkil edir. Zədələnən orqanların, xüsusilə ağciyərin bərpasına ən azı 14 gün lazımdır. Sağalma müddətinin uzun, yoluxanların sayının çox olması, xüsusilə ağır xəstələrin sayının artması, həmin virusun yeni bir xəstəlik olması, onun əleyhinə tam effektiv dərmanların olmaması COVID-19-la mübarizəni bir qədər çətinləşdirir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2083   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814