Jurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTO

Jurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTOBayıl-20-ci yaşayış sahəsinində neft mədəninin ərazisində o qədər qanunsuz evlər tikilib ki, artıq burada gecəqondulardan ibarət qəsəbə yaranıb. Yəqin ki, belə getsə, 1-2 ildən sonra burada boş torpaq sahəsi qalmayacaq. Neftçıxarma sahəsi olan bu cür yerlərdə məskunlaşan insanlar üçün xərçəngə səbəb olan yüksək radiasiya fonu başda olmaqla müxtəlif təhlükələr mövcuddur. Neft mədənlərində geniş vüsət almış torpaq oğurluğundan ilk növbədə məhz bu imkansız insanlar və onların uşaqları zərər çəkir. Çünki bəziləri bu insanların çarəsizliyini fürsət biliblər. Beləliklə ölkəmizdə neft mədən ərazilərinin zəbt olunması artıq uzun müddətdir ki, gəlirli "biznes"ə çevrilib.

Qanunsuz tikilmələrinə baxmayın, hamısı "icazəsi" alınaraq tikilib. Məlum məsələdir ki, kimsə icazəsiz daşı daş üstə qoya bilməz. Əks təqdirdə həmin əraziyə baxan polis əməkdaşlarından tutmuş, bələdiyyə, icra hakimiyyəti orqanlarına kimi hamısı dərhal icazəsiz tikilinin qarşısının alınması üçün tədbir görərdi. Bəs Bibiheybətdəki bu qanunsuzluqların qarşısı niyə alınmır?

Jurnalistika hara, "maklerlik" hara

Sualımıza cavab tapmaq üçün "Bibiheybətneft" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) mədən ərazilərində qanunsuz tikilən evlərlə bağlı araşdırma apardıq. Məlum oldu ki, bu ərazidəki evlərin əksəriyyətini "maklerlər" tikərək satıb. Neft buruqlarının ətrafındakı boş torpaq sahələrini zəbt etməklə özünə "biznes" quranlardan biri də Şirəliyev Rövşən İlyas oğludur. Özünü jurnalist kimi təqdim edən bu şəxs "Sizin media" qəzetinin təsisçisi olduğunu deyir.

Ətrafda yaşayan insanların dediyinə görə, o bir neçə il ərzində "20-ci sahə"də onlarla qanunsuz ev tikib satıb. Həmin qanunsuz tikintilərlə bağlı bir neçə faktı təqdim edirik.

03.03.2018-ci il tartixdə, "Bibiheybətneft" NQÇİ-nin 3 saylı mədən ərazisində, 3716 nömrəli neft quyusunun təqribən 30-35 metrliyində, Səlyan yolu, döngə 2-də həyata keçirilən qanunsuz tikinti 24.12.2019-cu il tarixdə, "Bibiheybətneft" NQÇİ-nin 2 saylı mədən ərazisində, Elçin Əzizov küçəsində qanunsuz olaraq tikilən 18x8 metr ölçülərində yaşayış evi

07.02.2020-ci il tarixdə "Bibiheybətneft" NQÇİ-nin 3 saylı mədən ərazisində, Salyan yolu dalan 2 ünvanında, 2134 nömrəli işlək neft quyusunun təqribən 15 metrliyində qanunsuz olaraq tikilən yaşayış evi 06.05.2020-ci il tarixdə Lomonosov küçəsində,"Bibiheybətneft" NQÇİ-nin 3 saylı mədən ərazisinin zəbt olunması

Ətrafında qanunsuz dəstə yaradıb

Mühafizəçilər tərəfindən sənaye təyinatlı torpaqların zəbt edilməsi aşkarlanarkən Rövşən Şirəliyev müxtəlif taktikalara əl atır. O dərhal ətrafına topladığı radikal Vəhabi təriqətinə mənsub şəxsləri mühafizəçilər ilə münaqişəyə girməsi üçün təlimatlandırır. Polis əməkdaşlarının gözü önündə öz xidməti vəzifəsini yerinə yetirən "Etalon Security" MMC-nin əməkdaşları söyülüb təhqir edilir, öldürməklə hədələnir, hətta bəzi məqamlarda onlara qarşı zor tətbiq edilir. Təsəvvür edin, radikal düşüncəli bu şəxslər mühafizəçilərin üzərinə hücum çəkərkən "yoldaşlarından" halallıq alaraq "şəhid" olmağa getdiklərini bildirirlər.

Bundan başqa Rövşən Şirəliyev qadınlara qarşı güc tətbiq edilməyəcəyini bildiyi üçü "ağır döyüşlərə" ətrafına topladığı qadınları da göndərir. Sakinlər deyir ki, buna görə o hər bir qadına 10-15 manat pul verir.

Karantin rejimini fürsətə çevirib

Ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimi dövründə də Rövşən Şirəliyev qanunsuz əməllərini davam etdirir. O, Elçin Əzizov küçəsində "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisinin zəbt olunmasında Əzizov İbrahim Elxan oğluna vasitəçilik edib. Belə ki, ərazidə tikinti aparılması üçün müəyyən qurumlardan icazələrin alınmasını Rövşən Şirəliyev təşkil edib. Nəticədə mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına, qanunsuz tikilinin sökülməsinə baxmayaraq İbrahim Əzizov aprelin 1-də gecə evin dam örtüyünü tamamlayaraq əlaqədar qurumları fakt qarşısında qoyub. Belə ki, inşası başa çatdırılmış evin sökülməsi üçün artıq məhkəmə qərarı olmalıdır. Bundan sonra o zəbt etdiyi ərazini bir qədər də genişləndirmək qərarına gəlib. Mühafizəçilər müdaxilə edən zaman oğlu yenə də "icazənin" alındığını deyib.

Bir neçə gün əvvəl, iyulun 4-də də Rövşən Şirəliyev Salyan yolu dalan 2 ünvanında, "Bibiheybətneft" NQÇİ-nin 3 saylı mədən ərazisində 2137 nömrəli işlək quyunun cəmi bir neçə metrliyində yerləşən 6 sota yaxın boş torpaq sahəsi zəbt etməyə cəhd edib. (Daha ətraflı bu linkdə https://report.az/hadise/karantin-zamani-neft-medeninin-erazisini-zebt-etmek-istediler/)

Rövşənə kimlər havadarlıq edir?

Bəs Rövşən Şirəliyev bu qədər qanunsuz əməli necə törədə bilir? Araşdırmalarımız zamanı məlum oldu ki, Rövşən Şirəliyevin Səbail rayonunda prokurorluq orqanlarından tutmuş, polis idarəsinə, icra hakimiyyətinə kimi bir sıra qurumlarda yaxın münasibətdə olduğu insanlar var. Heç şübhəsiz həmin tanışları Rövşən Şirəliyevə "krışalıq" edir. Qanunla müəyyən olunmuş qaydada torpaqdan istifadə hüququ olmadığı halda özbaşına tikinti işləri aparmasına, eləcə də törətdiyi xuliqanlıq əməllərinə görə məsuliyyətə cəlb olunmaması Rövşən Şirəliyevin daha ağır cinayətlər törətməsinə zəmin yaradır.

Qanunun tələbləri

Qeyd edək ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyuları üçün müəyyən olunmuş mühafizə zonası 300 metr, neft kəmərləri üçünsə 25-50 metr təşkil edir. Mühafizə zonasında hər hansı şəxsi tikinti işlərinin aparılması qanunla qadağan edilir. Bu normalar neft və qaz kəmərləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

Jurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTOJurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTOJurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTOJurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTOJurnalist, makler, təriqət lideri - Mədən ərazilərini zəbt edən Rövşən Şirəliyev kimdir? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2069   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 183
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533