Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi - VİDEO

Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi - VİDEODaha çox Ruslana Gee kimi tanınan azərbaycanlı model Ruslana Cavadova Amerikada aldığı, bahalı mebel və aksessuarlarla təchiz etdiyi yeni mənzilini izləyicilərinə nümayiş etdirib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, model YouTube kanalındakı bloqunda abunəçilərə bir neçə ay əvvəl köçdüyü evi göstərmək qərarına gəlib.

"İlk dəfə Amerikaya gedəndə və burada necə də gözəl binaların olduğunu görəndə özümə söz verdim ki, nə vaxtsa mən də onlardan birində yaşayacağam. Onda mənim pulum yox idi. İndi blogerlikdən yaxşı pul qazanıram və lüks bir mənzildə yaşamağı haqq etdiyimi düşünürəm. Özüm icarə haqqını ödəyirəm və orada olan bütün əşyaları öz pulumla almışam. Hərçənd çoxları düşünür ki, mənə valideynlər kömək edirlər, amma bu belə deyil", - deyə Cavadova bildirib.

O, izləyicilərə Los Ancelesin məşhur Beverly hills küçəsində yerləşən mənzilinin bütün otaqlarını və əşyalarını göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Ruslana Gee Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşdığını bildirmişdi.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5740   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 940
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 421
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO

Tanınmış müğənni İlahə İbadovanın toyu olacaq. Bu barədə sənətçi ATV-nin "Rəngarəng səhər" verilişində məlumat verib. O, ikinci dəfə ailə quracağını və artıq üzüklərin taxıldığını bildirib. Həmin görüntüləri təqdim edirik:

10:40 0
.

Zamiq Hüseynov: "Kiminsə sözü məni narahat etmir"

"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişləri

25.03.2024 521
.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1157