Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir

Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindirAzərbaycanda yeni növ koronavirusa yoluxma sayının artması karantin rejiminin yenidən sərtləşdirilməsinə səbəb oldu. Sərtləşmə zamanı isə ilk olaraq metropolitenin fəaliyyəti dayandırıldı. Bəs bu qərar avtobus sərnişin daşımalarının yekünü nə qədər artırır?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, hazırda Bakı şəhərində ictimai nəqliyyatla bağlı verilən qərarlar Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarları deyil: "Metropolitenin fəaliyyətini dayandırması ilə bağlı qərarın ardından sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün BNA əlindən gələni edir.

Metronun bağlanmasını düzgün qərar hesab etmirəm. Çünki gediş-gəliş ehtiyacları olan böyük sayda vətəndaşlar var və onların daşınması zəruridir. Bütün sərnişinlərin isə avtobuslara yönəlməsi müəyyən sıxlıqlar yaradır ki, bu da risklidir. Bu dövrdə vətəndaşların da anlayış göstərməsi, ehtiyac olmadıqda ictimai nəqliyyatdan istifafə etməməsi önəmlidir".

Ekspert həmçinin bildirib ki, daha əvvəl nəzarət postlarının ləğv olunması ilə bağlı qərar verildi, indi isə postların yenidən bərpa olunacağı deyilir: "Məsələ burasındadır ki, pik saatlarda təkcə avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir. Bunun üçün metro lazımdır, metro da bağlıdır. BNA tərəfindən xəttə buraxılan ekspres marşrutlar isə metro stansiyaları arasında daşımaları həyata keçirir və metrodan istifadə edənlərin bu xətlərə axını sıxlıqlar yaradır. Bu, sırf BNA-nın problemi deyil. Bu gün BNA-nın fəaliyyətinin əsas məqsədi hərəkəti zəruri olan insanları mənzil başına çatdırmaqdır. Buna görə də, zəruri olmadıqca ictimai nəqliyyatdan istifadə etməyən insanlar təqdir olunmalıdır".

"Düşünürəm ki, özəl daşıyıcı şirkətlərə maliyyə yardımı edilməlidir. Bir neçə ay ərzində sərnişin sayında böyük azalma var. Bu isə özəl daşıyıcı şirkətlərin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Lakin eyni zamanda onlar tam gücü ilə çalışır və çalışmağa məcburdur. Bu da onlara maliyyə dəstəyini zəruri edir", - deyə ekspert əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 540
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 121
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 587
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 40
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 108
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 121
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 69
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 466
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 549