Ekspert: "Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür"

Ekspert: "Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür"Paytaxtda pandemiyanın yayılması ilə əlaqədar metronun fəaliyyətini dayandırması sərnişin axınını avtobuslara yönəltdi. Bununla belə günün pik saatları istisna olmaqla paytaxtda avtobusların heç də sıx deyil, yarıdolu vəziyyətdə getdiyinin şahidi oluruq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov FED.az-a verdiyi açıqlamada avtobuslarda sərnişin azlığının səbəblərinə toxunub:

"Birinci dəfə Bakıda karantin rejimi dövründə metro bağlananda avtobuslar daha çox yükləndi. Bu dəfə isə avtobuslarda sıxlıq nisbətən azdır. Çünki sərnişinlər daha diqqətli davranırlar. Artıq əksəriyyət bilir ki, virus daha geniş yayılıb. Birinci dəfə isə virusun varlığına çox adam inanmırdı. Çünki o vaxt yoluxma az idi. İndi isə gündəlik yoluxma halı çoxdur. İnsanlar arasında məlumat da kifayət qədərdir. İnsanlar artıq özlərini qorumağa daha diqqətlə yanaşır, daha az evdən çıxır və daha az avtobusdan istifadə edirlər. Buna görə sərnişinlərə təşəkkür etmək olar".

Ekspert sərnişin sıxlığının az olmasında daşıyıcı şirkətlərin də əməyini xüsusi vurğulayıb:

"Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini operativ həyata keçirir və daşıyıcıları tam səfərbər edib. Paytaxtda sərnişindaşımanı həyata keçirən daşıyıcı şirkətlər tam səfərbər olublar. Hazırda iqtisadi maraqlar kənara qoyularaq əhali ilə birgəlik nümayiş etdirilir ki, iqtisadi baxımdan zərərli olsa da bu vəziyyətdən çıxılsın. Ekspres və digər marşrutların tezliyi bu dəfə daha yüksəkdir. Dövlət idarələri də bu dəfə prosesə daha həssas yanaşdılar. Fəaliyyətinə icazə verilən qurumlar öz işçilərini daşımaq üçün servislər təşkil edirlər. İş qrafiklərin sürüşdürülməsi də aparılır ki, bu da sərnişin sıxlığına təsir edir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245