Kamandar Nəsibov pandemiya dövründə bəzi həbsləri qanunsuz adlandırdı

Kamandar Nəsibov pandemiya dövründə bəzi həbsləri qanunsuz adlandırdıPandemiya dövründə də qanunsuz və əsassız həbs qətimkan təbirlərinin seçilməsi davam etdirilir.

Bu barədə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov "facebook" profilində paylaşdığı məqalədə bildirir.

"Report" həmin məqaləni təqdim edir:

Bildiyiniz kimi, 2020-ci ilin fevral ayının 27-də koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti nəzdində Operativ Qərargah yaradıldı. Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkədə xüsusi karantin rejimi elan edilmiş və vətəndaşları koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrdən qorumaq məqsədi ilə müəyyən məhdudiyyətlər tətbiq edilmişdir.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı ilə ölkəmizin bir sıra rayon və şəhərlərində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması, həbsdə olan şəxslər barəsində apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işlərinə və digər materiallara baxılmasının təmin edilməsi; məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilməsi qərara alınmışdır.

Ümumdünya Səhiyyə Təşkilatının və digər tibb ilə əlaqədar beynəlxalq təşkilatların verdiyi məlumatlar, o cümlədən ölkəmizdə bu sahədə fəaliyyət göstərən qurumların yaydığı məlumatdan aydın olur ki, 65 yaşından yuxarı şəxslər koronavirus pandemiyasının yarada biləcəyi fəsadlardan xüsusi risk qrupuna aiddirlər. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq "məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 06.04.2020-ci il tarixli sərəncam imzalamışdır. Həmin sərəncamla iki yüzə yaxın məhkum əfv edilmiş və saxlanıldıqları cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır.

Kamandar Nəsibov pandemiya dövründə bəzi həbsləri qanunsuz adlandırdıAzərbaycan Republikası Prezidenti İlham Əliyev tərəfindən 10 fevral 2017-ci il tarixində qəbul edilmiş "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamında da haqlı olaraq qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Pandemiya dövründə məhkəmələrdə işlərə baxılmadığı üçün istintaq təcridxanalarında yükləmələr daha da çoxalmışdır. Həmin sərəncamdan sonra bir sıra qanunvericilik aktlarına dəyişikliklər olunmuşdur.

"Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli qərarı ilə "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi" Qaydaları təsdiq olunmuşdur. Həmin Qaydalarda qeyd olunur ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir. Bu islahatlar nəticəsində ev dustaqlığı qətikan tədbiri daha effektiv tətbiq oluna və ondan sui-istifadənin qarşısı rahat şəkildə alına bilər.

Yuxarıda qeyd olunanlara baxmayaraq, təəssüf hissi ilə qeyd etməliyik ki, hazırda müəyyən istintaqı davam edən və o cümlədən məhkəmədə işlərinə baxılan və bu səbəbdən istintaq təcridxanalarında saxlanılan yaşı 65-dən yuxarı olan şəxslər hələ də mövcuddur. İbtidai istintaq dövrü həmin şəxslər barəsində məhkəmə qərarları ilə bir çox hallarda heç bir prosessual əsas olmadan həbs qətimkan tədbiri seçilib və dəfələrlə məhkəmələr həbs müddətlərini uzadıb. Hesab edirəm ki, bu hal həm Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il il tarixli sərəncamı, həm də Azərbaycan Respublikası qanunvericiliyi ilə ziddiyət təşkil edir.

Kamandar Nəsibov pandemiya dövründə bəzi həbsləri qanunsuz adlandırdıBelə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində həbs qətimkan tədbirinin seçilməsinin əsasları sadalanmışdır. Həmin şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsi üçün prosessual əsaslar mövcud deyil. Belə ki, onların istintaqdan yayınması, istintaqın gedişinə maneə törətməsi, tərəflərə təsir göstərməsi və ya yenidən cinayət törətmələri üçün hər hansı real əsaslar mövcud deyil. Bu əsaslar xüsusən ölkədə davam edən ciddi karantin rejimlərində, ümumiyyətlə, mövcud ola bilməz. Mənim də müdafiə etdiyim bir neçə belə şəxslər möcuddur. Hesab edirəm ki, ibtidai və məhkəmə istintaqı davam etdirilən 65 yaşdan yuxarı olan şəxslər barəsində həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz olunması hazırkı pandemiya dövrü üçün olduqca vacibdir. Onu da nəzərə almaq lazımdır ki, virus səbəbindən hazırda qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi ilə baxılan işlər istisna olmaqla cinayət işləri üzrə bütün məhkəmə işləri təxirə salınmışdır. Bu səbəbdəndə istintaq- təcridxanalarında məhkumların saxlanması üzrə dövlət tərəfindən sərf edilən vəsaitlərin məbləği külli miqdarda artmışdır.

Bu baxımdan məhkəmələrin və ibtidai istintaq orqanlarının bu halları nəzərə alaraq 65 yaşdan yuxarı təqsirləndirilən şəxslər barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin seçməsi, seçilmiş qətimkan tədbirlərinin isə həbsə alternativ qətimkan tədbirləri ilə əvəz olunmasını zəruri hesab edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 974   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304