"Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində - TƏNQİDLƏRİN ÇOXU QƏRƏZLİDİR"

"Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində - TƏNQİDLƏRİN ÇOXU QƏRƏZLİDİR"Bakı Nəqliyyat Agentliyi 5 ilə yaxındır ki, fəaliyyətə başlayıb. Qurum Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;

yol hərəkətinin təşkilində iştirak edir;
nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;

nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;

sərnişindaşıma sahəsinin inkişafını təmin edir.

FED.az xəbər verir ki, bu qurumla bağlı bəzən mətbuatda, bəzən isə sosisal şəbəkələrdə tənqidi fikirlər səsləndirilir. Məsələn, son günlərdə BNA-nın parkinq qiymətlərini analiz edib bu quruma parkinq yerləri ilə bağlı məsləhət xidmətləri verməsi üçün elan etdiyi tenderi "Alpina Parking Consulting" şirkətinin udması barədə yazılar dərc olunub. Buna qədər isə parkinqlə bağlı problemlər mətbuatda və sosial şəbəkələrdə qabardılırdı. İndi bu iki bir-birinə zidd tənqidin hansı daha düzgündür? Ekspertlər deyir ki, pandemiya dövründə Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində tənqidlərin çoxu qərəzlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda həyata keçirilən struktur islahatları çərçivəsində formalaşdırılan bir qurumdur:

"BNA yaradılanda əsas məqsəd bütövlükdə paytaxtın nəqliyyat sektorunun yenidən qurulması və yalnız infrastrukturun inkişaf etdirilməsi deyil, eyni zamanda nəqliyyatda sıxlıq daxil olmaqla digər vacib məsələlərin həllinə dəstək olmaqdan ibarət idi. Nəzərə alaq ki, nəqliyyat iqtisadiyyatın əsas sektorlarından biridir və paytaxtın nəqliyyat sistemi bütövlükdə Azərbaycanda iqtisadiyyatın inkişafı baxımından da çox vacibdir. Onu da qeyd edim ki, biznesin 80 faizindən çoxu paytaxtın payına düşür. Ölkə əhalisinin təxminin üçdə biri paytaxta yaşayır. Bu da təbii ki, paytaxtın nəqliyyat infrasrtukturunun, bütövlükdə nəqliyyat sisteminin yenidən qurulmasını bir daha gündəmə gətirmişdi. O baxımdan da hesab edirəm ki, BNA-nın yaradılması müasir çağırışlara uyğun qəbul edilən qərar idi. Etiraf etmək lazımdır ki, BNA yaradıldıqdan sonra paytaxtın nəqliyyat sistemində xüsusən də ictimai nəqliyyatda biz bütövlükdə disiplinin mərhələli şəkildə bərqərar olması, eyni zamanda, infrastrukturun inkişafını müşahidə edirik. Maddi-texniki bazanın da inkişafı müşahidə olunur. BNA yaradıldıqdan sonra ötən dövrü qiymətləndirən zaman birmənalı şəkildə qeyd etmək lazımdır ki, paytaxtın nəqliyyat sisteminin inkişafına agentliyin fəaliyyəti müsbət töhfə verib".

Deputatın sözlərinə görə, pandemiya dövründə də BNA-nın fəaliyyəti çox vacibdir:

"Pandemiya dövründə sosial təcrid tədbirlərin fonunda BNA pandemiyanın gündəmə gətirdiyi çağırışlara uyğun olaraq fəaliyyətini qurmağa çalışıb. Pandemiyaya çevik reaksiya verən qurumlaradan biri də BNA-dır. Çünki nəqliyyat çox vacibdir. Pandemiyanın nəqliyyat sistemində gündəmə gətirdiyi çağırışların nəzərə alınması çox vacibdir. Hesab edirəm ki, post-pandemiya dövründə BNA-nın fəaliyyətinin genişləndirilmsinə böyük ehtiyac olacaq. Bütövlükdə BNA-nın fəaliyyətini yüksək qiymətləndirirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 416
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 248
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 321
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 287
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 473
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

18:00 66
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 688
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 298
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202