18+ VİDEOlar sağlamlığa ZİYANDIR - EKSPERTLƏR

18+ VİDEOlar sağlamlığa ZİYANDIR - EKSPERTLƏRPorno videolar sağlamlıq üçün ziyandırmı?

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bununla bağlı "The Conversation" nəşri 5 seksopatoloq və sağlamlıq mütəxəssisinin rəyini öyrənib.

Onlardan üçü bu tip videolara baxmağın insanların sağlamlığına pis təsir etdiyini bildirib.

Mütəxəssislərin fikrincə, porno insanlarda cinsi əlaqə haqqında real olmayan fikir formalaşdırır.

Bundan əlavə, belə çarxlarda çox vaxt kişilərin qadınlara qarşı qəddarlığı nümayiş olunur.

Digər tərəfdən, porno pərəstişkarlarında bu cür videolardan bir növ asılılıq yarana bilər.

Pornonun faydalı ola biləcəyini iddia edənlərin fikrincə isə, bəzi videolar öyrədici ola bilər.

Sağlamlıq mütəxəssisi Meqan Limin sözlərinə əsasən, intim həyat haqqında məlumat toplamağa başqa mənbələri olmayanlar üçün porno zərərlidir:

"Bir çox gənclər seksual həyata başlamazdan öncə pornoya baxırlar. Onlar üçün bu videolar cinsi inkişafın ən vacib hissəsinə çevrilir və sonradan onlar gördüklərini real həyatda tətbiq edirlər".

Digər ekspert Meredit Templ-Smit qeyd edib ki, pornoya baxmaq narahatlığı artırır və insan öz bədənindən narazı olmağa başlayır. Onun fikrincə, pornoqrafiya həm onu ​​izləyənlərə, həm də orada çəkilənlərə mənfi təsir göstərə bilər.

"Seks əla şeydir, porno isə yox", - deyə seksopatoloq Maykl Flad bildirib və bu videoların çoxunun cinsi münasibətlərdə aqressiya formalaşdırdığını bir daha vurğulayıb.

Həmkarı Andrea Ualing pornoqrafiyanın özü-özlüyündə təhlükəli olmadığını düşünürür. Onun fikrincə, bu cür videolar insanlara öz seksuallıqlarını aşkarlamağa yardım edir, masturbasiya isə diabet riskini azaldır.

Qeyd edək ki, daha öncə adları gizli saxlanan bir neçə pornoaktisa bu sənayenin "qaranlıq və qorxulu" tərəfləri haqqında danışıb. Onlar çəkiliş zamanı tez-tez döyüldüklərini, hətta kişilərin onları boğmaq istədiklərini etiraf ediblər. Aktrisalar, həmçinin, aktyorların öncədən razılıq almadıqlarını da etdiklərindən şikayətləniblər. Qadınlardan bəziləri porno sənayesində işlədikləri üçün narkotik qəbul etməyə başladıqlarını və cinsi yolla keçən xəstəliklərə yoluxduqlarını əlavə ediblər.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3039   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23267
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1089
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 802
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 817
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1006
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 290
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933
.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1605
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 641