Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi

Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədiİyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.

Bununla bağlı Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Araşdırmalarla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayan, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə cari il aprelin 2-dən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2859   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346