Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar

Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılarXəbər verdiyimiz kimi, dünən gecə Azərbaycanın Xalq artisti Canəli Əkbərovun oğlu Asəf Əkbərov vəfat edib.

"MediaPost"un məlumatına görə, mərhumun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Lənkəran rayonu Tükəvilə kəndinə aparılıb.

Canəli Əkbərovun qız nəvəsi Günel Əkbərova "MediaPost"a açıqlamasında dayısının qaraciyər çatışmazlığından dünyasını dəyişdiyini bildirib: "Uzun müddət idi, Asəf Əkbərov müalicə alırdı. Son zamanlar müalicəsi ev şəraitində aparılırdı. Həkimlər dayımın qara ciyərinin metastaz verdiyini bildirmişdilər. Dünən axşam qan qusaraq dünyasını dəyişdi".

Günel Əkbərova babasının dəfn mərasimində iştirak etmədiyini də açıqlayıb: "Həkimlər babamın dəfn mərasimində iştirakına icazə vermədilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10360   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş