''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı olubmuş - FOTO

''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı olubmuş - FOTO'Aşıq Muşqulat'' ləqəbli aktyor Elnur Mahmudov sosial media hesabında maraqlı paylaşım edib.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, aktyor əvvəllər polis əməkdaşı kimi fəaliyyət göstərib. O, bununla bağlı polis geyimində olan görünüşünü İnstagram hesabında yayımlayıb.

''Polis həqiqətən də çətin və məsuliyyətli peşədir. 5 il polis işlədim. Bu işin nə qədər əziyyətli olduğunu yaşamışam. Hər şey kənardan göründüyü kimi deyil. Qurunun oduna yaş da yanır. Bu hər yerdə belədir. Əgər hansısa polis əməkdaşı xidmətdə olduğu zaman nöqsana yol verirsə bunu başqalarına da şamil etməyək. Bu karantin ərəfəsində onların məsuliyyəti iki qat artır. Ən azından polis dostlarımı və ailəmizin polis üzvü olan doğma qardaşımı kənardan etdiyim müşahidələrim bunu deməyə əsas verir''- deyə, o qeyd edib.
''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı olubmuş - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4860   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş