"Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir"

"Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva da koronavirusa yoluxan həkim Cavid Paşayevin vəziyyətindən danışıb.

BiG.AZ xəbər verir ki, deputat feysbuk səhifəsində həkimin vəziyyətinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətində olduğunu bildirib:

“Bir qədər öncə, cənab Prezidentin köməkçisi Anar Ələkbərovla danışdıq. Anar müəllim Cavid Paşayevi müalicə edən həkimlərlə tez-tez şəxsən əlaqə saxladığını bildirdi və Cavid bəyin sağalması istiqamətində bütün addımların atıldığını dedi. Hörmətli Anar müəllim fədakar həkimimizin müalicəsinin dəyərli Mehriban xanımın şəxsi nəzarətində olduğunu da bildirdi. Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk. İnşallah, dövlət rəhbərliyinin şəxsi diqqət və qayğısı ilə, öz həkim həmkarlarının fədakarlıqları sayəsində və əlbəttə, onun üçün narahatlıq keçirən hər kəsin duaları ilə, dəyərli Cavid həkimin sağalması ən böyük diləklərimizdən biridir.

Bir daha bildirmək istərdim ki, Cavid həkimin yüksək səviyyədə - intensiv müalicəsi və tezliklə sağalması üçün nə mümkünsə edilir”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2281 Tarix: 09.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol