AQTA qaydaları pozan 84 obyekti aşkarladı

AQTA qaydaları pozan 84 obyekti aşkarladıNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 8 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 111 ərzaq satışı mağazası olmaqla ümumilikdə 158 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Bakı şəhəri üzrə:

"Adore", "M5", "Araz supermarket" (M.Hadi küçəsi), "Araz supermarket" (Gəncə prospekti 135), "Araz supermarket" (Gəncə prospekti 26), "Araz supermarket" (R.Əlicanov küçəsi 17), "Araz supermarket" (S.Cəfərov küçəsi), "Araz supermarket" (General Şıxlinski 29/42A), "Azcake", "Üç qoca", "Ecomart" marketlər, Əhmədov Nicat Kərim oğluna, Yusifli Ramin Yusif oğluna, Abdurəhimov Elşad Yamin oğluna məxsus ərzaq mağazaları.

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Mehdiabad qəsəbəsində "Araz supermarket", Mikayılova Gülgəz Fərhad qızına məxsus təndirxana;

Sumqayıt şəhərində Əliyev Novruz Valeh oğluna və Bayramova Süsən İslam qızına məxsus ərzaq mağazaları;

Quba rayonunda Həmzəliyev Elçin Mehrəli oğluna, Səlimov Abdul Cəfər oğluna, Həsənov Elşad Ağarza oğluna və Aslanov Qurban Şirin oğluna məxsus ərzaq mağazaları;

Xaçmaz rayonunda Əhmədov Sevdiyar Şahmal oğluna məxsus market, Qasımov Valeh Fizuli oğluna məxsus ərzaq mağazası (fəaliyyəti məhdudlaşdırılıb);

İsmayıllı rayonunda "Ucuz", "Oba" market, Cavadov Çingiz Cumu oğluna, Cavadov Ruhin Ələsgər oğluna, Adıgözəlov Səməd Aydın oğluna, Xəlilov Eltay Alverdi oğluna, Kərimov Fariz Bəybala oğluna məxsus ərzaq mağazaları, "Dostluq", "Mican", "Bənövşə" kafesi, Mustafayev Adəm Bahadur oğluna məxsus kafe, "Xəyal" restoranı;

Şamaxı rayonunda "Anar", "Şamaxı", "Savalan", "Sərin sahil", "Bənövşə" restoranları, "Novruz", "Cənnət məkan" yeməkxanası, "Göylər" kafesi;

Neftçala rayonunda, Əmirova Aynurə Saleh qızına, Məhərrəmli Ağababa Sakit oğluna, Mirələkbərli Əzizə Süleyman qızına, Həsənli Namiq Zülfalı oğluna məxsus ərzaq mağazaları;

Şirvan şəhərində Sadıqov Ayət Məhərrəm oğluna məxsus ərzaq mağazası;

Tərtər rayonunda "Eltun", "Sizin", Nəzərov Nəzər Pənah oğluna, Ağayev Qəzənfər Müzəffər oğluna məxsus marketlər, Zeynalov Surxay Bəylər oğluna, İbrahimova Sayalı Bəkir qızına, Nəbiyeva Vəfa Əsəd qızına məxsus kafelər, "Ana və uşaq", "Xanbağı" kafeləri;

Masallı rayonunda Bağırov İlqar Qulam oğluna məxsus market;

Cəlilabad rayonunda İsayev Fizuli Xanbaba oğluna məxsus market;

Balakən rayonunda Atayeva Cavharat Ramazan oğluna məxsus "Nar" market, Pucaxov Vüsal Rasim oğluna məxsus ərzaq mağazası;

Oğuz rayonunda Lətifov Sərdar Zahir oğluna məxsus kafe;

Qəbələ rayonunda Yusifov Mahir Əlövsət oğluna və Ömərov Məzahir Şakir oğluna məxsus kafelər;

Zaqatala rayonunda Şirinova Kəmalə Adil qızına və Nəzirli Azad İsmət oğluna məxsus ərzaq mağazaları;

Gəncə şəhərində "Daş körpü", "Əli", "Ren", "Şöhrət", "Rəssiya" marketlər və Tağıyev Məzahir Bayram oğluna məxsus ərzaq mağazası;

Tovuz rayonunda "Zirvə" və "Murad" restoranları;

Beyləqan rayonunda "Sevinc", "Ucuz", "Qold", "Emin", "Davud", "Əla" marketlər;

Ucar rayonunda Həsənov Qurbanəli Cəfər oğluna məxsus kafe, "Uğur" və "Yay" kafeləri.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523