4 yaşlı uşağını qonşuya tapşıran ana evində İNTİHAR ETDİ
Türkiyənin Dənizli şəhərinin Çivril qəsəbəsində 26 yaşlı gənc qadın, 4 yaşlı oğlan övladını qonşusuna tapşırdıqdan sonra özünü öldürüb.
Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, evində özünü tavandan asaraq intihar etdiyi iddia edilən Fatma K.-nın meyitini qonşuda olan 4 yaşlı oğlu aşkar edib. Uşaq qapısı açıq olan evlərinə qayıtdıqda tavandan anasının asılmış cansız bədəni ilə qarşılaşıb. Hadisə bu gün səhər saatlarında baş verib.
Polislər gənc ananın intiharının səbəbini araşdırır.
BiG.Az


Xəbərlər Baxılıb: 4247 Tarix: 09 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş