Ermənistan prezidentinin sərhədə səfəri və yeraltı axıntılar

Ermənistan prezidentinin sərhədə səfəri və yeraltı axıntılarİyulun 4-də Ermənistanın Gümrü şəhərində yerləşən və Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu hadisə yerli və xarici KİV-də geniş işıqlandırılıb. Təbii ki, insan ölümü ilə nəticələnən istənilən hadisə xoşagəlməzdir. İndiki halda isə baş verən hadisədən daha çox onun ətrafındakı proseslər diqqəti cəlb edir.

Belə ki, Ermənistan prezidenti Armen Sarqsyanın ölkənin dövlət sərhədlərinə ziyarəti haqqındakı xəbər nədənsə kölgədə qaldı. Bəli, bu, bir tərəfdən adi iş fəaliyyətidir. Lakin, ziyarətin məhz rus hərbçisinin naməlum səbəbdən ölməsi ilə üst-üstə düşməsi maraq doğurur.

"MediaPost" xəbər verir ki, A.Sarqsyan Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan Rusiya sərhədçilərinin dəstələrini ziyarət edib. O deyib ki, Ermənistan və Rusiyanın sərhəddə dalğalanan dövlət bayraqları iki ölkənin dost münasibətlərinin rəmzidir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan üzrə sərhəd xidməti idarəsinin rəisi general-leytenant Roman Qolubitskiy sərhəddə vəziyyət, sərhəd yaxınlığındakı kəndlərin sakinləri ilə sıx əməkdaşlıq haqqında məlumat verib. Öz cavabında Ermənistan prezidenti Rusiya sərhədçilərinə xidmətləri üçün təşəkkürünü bildirərək iki ölkə arasında olan etibarlığı da gündəmə gətirib.

Göründüyü kimi – "formal" ziyarət və "formal" dialoq. Lakin, bununla kifayətlənməyən prezident və onun həyat yoldaşı Ermənistan-Türkiyə sərhədində yerləşən Nor Şen (Xarkov) kəndinə gediblər. Onlar kəndin yeganə sakini Vaxanduxt adlı yaşlı qadınla görüşüblər. Ermənistan prezidenti ermənilərin "qədim Ermənistan paytaxtı" sayılan Ani şəhərinin xarabalarına səssiz baxmaqla öz ziyarətini yekunlaşdırıb.

Əslində, Bizans dövrünə aid olan Ermənistan dövlətinin nə "paytaxtı" olub, nə də özü. Hazırda Türkiyənin ərazisində yerləşən və adı Yenikənd olan yaşayış məntəqəsinə istər prezident, istərsə də Rusiyadan asılı olan Ermənistanın sərhəd təhlükəsizliyini təmin edən general istədiyi qədər baxa bilər. Üstəlik, bu, generalın birbaşa vəzifəsidir. Necə deyirlər, "iş pulda deyil, iş "vnimatelnı" olmaqdadır". Lakin bu "səssiz baxış" ermənilərin qonşu dövlətlərə qarşı ərazi iddialarının hələ də davam etdiyini aydın göstərir.

Prezidentin rus hərbçilərinə "baş sağlığı" ziyarətinə gəlincə, bunu Rusiyadan asılılığını dərk edən Ermənistanın baş naziri Nikol Paşinyanın adından rus əsgərinin ölümünə görə rəsmi Moskvadan "üzr istəmə" hərəkəti kimi də qəbul etmək olar. Hakimiyyətə gəldiyi ilk vaxtlardan Rusiya əleyhinə müxtəlif bəyanatlar səsləndirən N.Paşinyan "qismən ağıllansa" da, indiki halda prezidenti qabağa verməyi daha uyğun sayıb.

Ermənistan prezidentinin sərhədə səfəri və yeraltı axıntılar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2187   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477