Aktrisanın yaylığı 300 min avroya satıldı - FOTO

Aktrisanın yaylığı 300 min avroya satıldı - FOTO
XX əsrin ən məşhur kino ulduzlarından biri Merilin Monronun əl yaylığı Paris teatrını iflasdan xilas edib.

BiG.AZ xəbər verir ki, böhranla əlaqədar İtaliya komediyası teatrının yaradıcısı və rəhbəri Attilio Maqqili özünün ən dəyərli əşyasından və talismanından ayrılıb.

Borcları qaytarmaq və işə davam etmək üçün rejissor məşhur aktrisanın yaylığını 300 min avroya (təxminən, 573 410 AZN) satıb.

Məlumata görə, M.Monro bu yaylığı "Waldorf Astoria" hotelində unudub. Sonradan əşya Endi Uorhollun, ardınca qalerist Leos Kastellinin əlinə keçib. O da öz növbəsində yaylığı Maqqiliyə hədiyyə edib.

Əşya teatrın foyesində saxlanılırdı. (publika.az)
Aktrisanın yaylığı 300 min avroya satıldı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1434 Tarix: 08.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol