Deputat: "Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir"

Deputat: "Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir""Bu gün Azərbaycan Ordusu bütün istiqamətlərdə inkişaf edir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Müdafiə Nazirliyinin rəhbər heyətinin ön xəttə səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan regionun ən güclü dövləti olaraq ordunun təchizatını daim gücləndirir.

Deputat qeyd edib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər şəxslərinin ön xəttə getməsini yüksək qiymətləndirir: "Belə səfərlər şəxsi heyətin daim diqqətdə olduğunu göstərir. Təbii ki, mütəmadi olaraq hərbi qulluqçularla görüşlərin keçirilməsi, vəziyyətin yerində qiymətləndirilməsi və şəxsi heyətlə müzakirələrin aparılması təqdirəlayiqdir. Nazirliyin hərbi qulluqçulara lazımi tapşırıqları birbaşa verməsi ordunun gücünün artırılması baxımından vacib məqamdır. Səfər çərçivəsində rəhbər heyət ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ilə yaxından tanış olurlar".

V.Bayramovun fikrincə, səfər zamanı şəxsi heyətə bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqların verilməsi ordumuzun ayıq-sayıqlığını göstərir: "Azərbaycan Ordusu hər an torpaqlarımızı erməni işğalından azad etməyə qadirdir. Maddi-texniki imkanımız, şəxsi heyətin döyüş hazırlığı və milli ruhumuz bunu deməyə əsas verir. Unutmaq olmaz ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

Deputat: "Ön xəttə səfərlər ordunun döyüş ruhunu yüksəldir"Bu gün eyni zamanda hərbi qulluqçuların mənzil təminatı da daxil olmaqla, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər uğurla davam etdirilir. Bu da şəxsi heyət arasında əhval-ruhiyyənin artmasına, döyüş ruhunun yüksəlməsinə və ordumuzun daim hazırlıqlı olmasına imkan verir.

Bütün bu proseslər məndə böyük inam yaradır. Qarabağ bölgəsindən olan millət vəkili kimi inanıram ki, işğalda olan torpaqlarımızı qısa vaxtda Ali Baş Komandanın əmri ilə azad edə biləcəyik".

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər.

Ali Baş Komandan İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran Müdafiə naziri bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0