"Nə onun ad günündən foto paylaşmışdım, nə də tort zakaz vermişdim" - Pərvin keçmiş sevgilisi Muradın işdən çıxmasından danışıdı

"Nə onun ad günündən foto paylaşmışdım, nə də tort zakaz vermişdim" - Pərvin keçmiş sevgilisi Muradın işdən çıxmasından danışıdı

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında canlı yayım edib.

BiG.AZ xəbər verir ki, aktrisaya izləyicilərindən biri "Niyə həmişə səninlə sevgili olan oğlanlar işdən qovulur?" deyə sual ünvanlayıb. Pərvin suala belə cavab verib:

"Oğlanlar yox, oğlan olub, biri qovulub. O da öz səhvi ucrbatından qovulub. Nə onun ad günündəki tortunu mən zakaz eləməmişdim, nə də onun ad günündəki videoları mən paylaşmamışdım. İnsan gərək əvvəlcədən özü düşünsün və insan bilməlidir ki kim ilə bir yerdədir. Əgər, sən məşhur bir insanla bir yerdəsənsə bilinməyini istəmirsənsə, tanınmağını istəmirsənsə bu qədər rahat davranmamalısan. Əgər, davranırsansa arxasında durmalısan. Yəni hərşeyi qızın üstünə atmaq lazım deyil. Oğlan əvvəl münasibət quranda bilir ki, kim ilə qurur. Yəni bu cür "tupoy- tupoy" suallara, söhbətlərə artıq son verin. Heçkim heçkimi zornan münasibətə məcbur eləməyib. Eliyib, qarşı tərəf eliyib. Mən tərəfdən yox".

Qeyd edək ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 12328 Tarix: 07.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol