Saxta ətri necə tanımaq olar? - 3 əlamətə DİQQƏT

Saxta ətri necə tanımaq olar? - 3 əlamətə DİQQƏTHətta məşhur mağazalarda təəssüf ki, orjinal ətir yerinə saxtasını almaq riski mövcuddur. Bu yalnız məyusedici deyil, eyni zamanda insan səhhəti üçün təhlükəlidir. Lakin saxta ətirləri təyin etməyin xüsusi əlamətləri var. Məhz bu əlamətlər sayəsində hətta ustalıqla hazırlanmış olsa belə saxta ətirləri tanımaq mümkündür.

Odur ki ətirin qablaşmasına, seriya nömrəsinə, qoxu performansına və qapağının dizaynına baxaraq onun həqiqi ətir olub-olmadığını anlaya bilərsiniz. Sadalayacağımız nüanslara diqqət edərək gerçək ətirlə, təqlid edilmiş ətiri rahat şəkildə ayırd edə biləcəksiniz.

BiG.AZ Lent.az-a istinadən həmin əlamətlərdən bəzilərini təqdim edir:

Saxta ətirlərin üç növü var – kopiya, versiya, variasiya.

Kopiya, orijinala ən yaxındır. Ad, qablaşdırma, flakon və iyi orijinala oxşayır. Versiya, orijinalın yalnız iyini imitasiya edir. Çox zaman orijinal qablaşmada olmur. Variasiya, bu da qoxusuna, flakonun formasına, qablaşdırmasına görə orijinala oxşayır. Lakin qablaşmanı diqqətlə oxuduqda, bir və ya iki hərfin fərqləndiyini görmək olar. Məsələn, "Lacoste" əvəzinə "Lakoste" ola bilər.

Orijinal ətir 50%-dən çox ucuz olmur. İnternet mağazalar istisnadır. Belə ki, burada əlavə vergi olmadığı üçün qiymətlər mağazalardan ucuzdur. Lakin burada da 25-30%-dən çox endirim ola bilməz.

Ətrin adı: Məsələn Fransada "parfume" sözünün sonunda e olmur. Qablaşdırmanın üzərində "Made in France" əvəzinə "France" yazılıbsa saxtadır. Belə ətirlərin qablarında loqotiplər ya aydın olmur, ya da silinmiş şəkildə olur.

Selofan: Adətən qablaşdırmanın üzərinə selofan çəkilir. Lakin selofan yoxdursa saxta olduğu anlamına gəlmir. Bəzən brend ətirlərin də qablaşdırması selofansız ola bilir.

Karton: Qablaşdırma səliqəli olmalı, üzərində zədə izləri olmamalı, yüksək keyfiyyətli texnika ilə hazırlanmalıdır.

Flakon: Tanınmış ətir istehsalçıları qablaşdırmaya qənaət etmirlər, ətirləri heç vaxt ucuz qablaşdırmada satmırlar. Ətrin flakonu keyfiyyətli şüşədən hazırlanmalı, üzərində heç bir əyrilik olmamalıdır. Həmçinin şüşə aydın olmalıdır. Təkcə flakon deyil, onun içində olan maye də şəffaf olmalıdır. Flakon və qablaşdırmada mütləq onun həcmi göstərilir.

Orijinal ətrin flakonu əgər rəngli olmalıdırsa onu rəngli şüşədən hazırlayırlar. Rənglənmiş şüşə saxtalığın əlamətidir.

Ştrix kod isə orijinallığı sübüt edən ən vacib məqamdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2900   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168