"Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür" - Azərbaycanlı müğənni

"Qızlar ərə gedəndə ailə yox, öpüşüb gəzməyi düşünür" - Azərbaycanlı müğənni"Fonoqramı sevmirəm. Ölü musiqidir. Hislərini büruzə verə bilmirsən. Amma bəzən konsertlərdə görürsən ki, aparatlar yaxşı deyil. Ən yaxşısı elə fonoqramla təmiz musiqi çatdırmaqdır. Bizim bununla problemimiz var".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səbinə Babayeva İnstaqramda canlı yayımda deyib. Müğənni fonoqramla oxumağı sevmədiyini deyib.
S.Babayeva sevgidən bəhs edib. Bir müddət əvvəl həyat yoldaşından ayrıldığını açıqlayan ifaçı gənc qızlara məsləhətlər verib. O, indiki qızların ailə yox, əyləncə düşündüyünü deyib:
"Burada məsləhət verəcəyim çox az məsələ var. İndi dünya qlobal bir problem içindədir. Bu problem musiqiyə, ailəyə, uşaqların tərbiyəsinə, bir sözlə hər şeyə təsir edir. İnsanların təqdimatı və qəbullanmağı dəyişib. İnsanlar bir-birini anlamaq və səbr etməyi bilmirlər. Nəyinsə xatirinə nələrəsə dözmək istəmirlər. Kompramisə getmək istəmirlər. Asan pul əldə etməyi arzulayırlar. Məhsulun keyfiyyəti onlar üçün önəmli deyil, əsas puldur. Uğur üçün qısa yol tapmaq istəyirlər. Çox şey olmalı olduğu, nənə və babalarımızın yaşadığı kimi deyil. Ona görə də boşanmalar və ayrılıqlar çoxdur. Biz fərqliyik.
Qızlar ərə gedəndə ana deyir ki, əgər nəsə yolunda getmirsə, çemodanı yığ və məni çağır, səni götürək. Ola bilsin kim üçünsə bu doğrudur. Mənə görə yox... Qızlara izah etmək lazımdır ki, filmə, restorana, dostlarla əylənməyə getmək fərqli yoldur. Əgər ərə getmək, ana, həyat yoldaşı olmaq istəyirsənsə, fərqli yoldur. Qızlar düşünür ki, ərə gedib, divanda oturub, öpüşüb və səyahətlər edəcəklər. Ailə fərqlidir.
Gənclərə demək istəyirəm ki, kökünüzü, hardan gəldiyinizi unutmayın. Ənənənizi unutmayın. Xaricdə yaşayan gəncləri görəndə təəccüblənirsən, onlar çox dəyişiblər. Valideynlərə qulaq asın. Özünüzü qoruyun, spirtli və enerji içkilərindən, narkotikdən uzaq olun. Siqaret çəkməyin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10012   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 272
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 669
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 972
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 226
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 373
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 833
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1452
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1437