Pişik sahibinin yarasını yaladı, qadın öldü

Pişik sahibinin yarasını yaladı, qadın öldüPişik ev sahibinin ölümünə səbəb olub.

Bu barədə məlumatı Mirror nəşr yayıb. Məlumatda bildirilir ki, pişiyin ev sahibi yuxudaykən onun yarasını yalaması nəticəsində tüpürcəyindən keçən bakteriya qana düşüb və qadının qanı zəhərlənib. 9 gün komada qalan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Avstraliyanın paytaxtı Melburn şəhərində baş verib. Qadının ölümü barədə məlumatı övladları təsdiqləyib və onun ölümündə pişiyi günahlandırıblar.

Həkimlər də qadının bu səbəbdən öldüyünü təsdiqləyib və ev heyvanı saxlayan şəxsləri diqqətli olmağa çağırıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2443   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş