3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı, pivəxanalar yenidən bağlandı

3 aylıq karantin rejimi yumşaldılan ölkədə insanlar restoranlara axışdı, pivəxanalar yenidən bağlandı
3 aydır ki karantin rejimi tətbiq edən Britaniyada bir neçə gün əvvəl yumşalma həyata keçirilsə də, nəticəsi yaxşı olmayıb.

İnsanların küçələrə, restoranlara, pivəxanalara axışması, sosial məsafəyə riayət etməməsi yoluxma sayının artmasına gətirib çıxarıb. Nəticədə pivəxanaların fəaliyyət ömrü uzun çəkməyib. Belə ki, Londondakı məşhur pivəxanalar işçilərinin koronavirusa yoluxması səbəbindən yenidən bağlanıb.

Qeyd edək ki, Birləşmiş Krallıq koronavirusa görə ölüm sayına əsasən ABŞ və Braziliyadan sonra üçüncü yerdə dayanır. Rəsmi statistikaya görə Britaniyada koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 44 mindən çoxdur.

milli.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2178 Tarix: 07.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol