COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB

COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVABBakıda COVİD-19-a şübhəli olan xəstələrdən test analizlərinin artıq 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən deyil, poliklinikalar tərəfindən götürülməsinin bu tibb müəssisələrinin iş saatına necə təsir edəcəyi açıqlanıb.

BiG.AZ xəbər verir ki, COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov Trend-ə bildirib ki, vətəndaşların COVİD-19-a görə PSR testinin aparılması üçün diaqnostik müayinələri poliklinikalarda yaradılmış COVİD mərkəzlərinin əməkdaşları tərəfindən evlərdə aparılır.

Bununla yanaşı, COVİD-19 şübhəsi olan şəxslər, COVİD-19 xəstəliyini yüngül və ya simptomsuz keçirənlər müvafiq tibbi yardım, məsləhət almaqdan ötəri poliklinikaya müraciət edə bilərlər:

"Belə şəxslər gün ərzində poliklinikanın iş saatlarına uyğun olaraq, yaşadığı faktiki və ya hüquqi ərazi üzrə poliklinikalara müraciət edə bilərlər. Amma bu proseslərlə əlaqədar poliklinikaların iş saatları dəyişdirilməyəcək və o, hər zamankı kimi olacaq. Hazırda poliklinikaların iş saatlarının dəyişdirilməsinə ehtiyac da yoxdur".

N.Seyidov qeyd edib ki, poliklinikalar vasitəsilə xəstələrin vəziyyətinin təqibi telefon vasitəsilə aparılır. Poliklinika həkimləri tərəfindən iş saatlarından sonra da pasiyentlərin vəziyyətlərinin qiymətləndirilməsi üçün onlarla telefon vasitəsilə əlaqə saxlanılır:

"Lakin iş saatından sonra poliklinikaların əməkdaşları tərəfindən telefonla aparılan təqib zamanı, eləcə də xəstənin özü tərəfindən ağırlaşmanın baş verdiyi müşahidə edilərsə, "103" xidmətinə çağırış edilməli və onlardan təcili və təxirəsalınmaz yardım istənilməlidir. Belə xəstələrin müayinəsi ambulans briqadası tərəfindən aparılır. Qospitalizasiya tələb olunarsa, bu həyata keçirilir. Amma digər bütün hallarda bu təqib və müşahidə poliklinika həkimi tərəfindən aparılır".

N.Seyidov əlavə edib ki, poliklinikaların COVİD-19-la bağlı xəstələrin müayinə və müalicə prosesinə cəlb olunması xəstələrin xəstəxanaya getməsinin qarşısının alınması demək deyil. Əsas məqsəd yüngül və simptomsuz xəstələri evdə qayğı ilə təmin etmək, təcili tibbi yardım xidmətlərinin üzərinə düşən yükü azaltmaq, onların resurslarını orta ağır və ağır xəstələrə yönəltməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1721   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

24.04.2024 182
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147