Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - FOTO

Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - FOTO
Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BiG.AZ-a verilən məlumata görə, müvafiq polis şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - FOTO Bəy toy günü qonaqları ilə birgə polis şöbəsinə gətirildi - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2745 Tarix: 07.07.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol