Sərnişin sayı kəskin azalıb: "Daşıyıcı şirkətlərə dotasiya ayrılsın" - EKSPERT

Sərnişin sayı kəskin azalıb: "Daşıyıcı şirkətlərə dotasiya ayrılsın" - EKSPERTPandemiya şəraitində karantin rejiminin tətbiqi ilə küçəyə çıxan və fəaliyyətini davam etdirən şəxslərin sayının azalması ictimai nəqliyyatdan, eləcə də avtobuslardan istifadə edən sərnişinlərin sayında əhəmiyyətli azalmalara səbəb olub. Buna baxmayaraq avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlər fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Bu da sözügedən şirkətlərin gəlirlərinin azalmasına gətirib çıxarır.

Bəs hazırda avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlərin maliyyə vəziyyəti necədir?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bildirib ki, pandemiya iqtisadiyyatın bir çox sahələrinə, eləcə də, ictimai nəqliyyata mənfi təsir göstərərək gəlirlərin azalmasına səbəb olub:

"Biz vaxtaşırı sərnişindaşımada rentabellik məsələsini ön plana çəkirik. Bu, elə bir sahədir ki, gəlirlər arzuolunan səviyyədə olmazsa və rentabellik təmin olunmazsa, bu sahənin inkişaf etdirilməsi, xüsusilə də, bu sahəyə sərmayənin yatırılması müşkül məsələyə çevrilir. Pandemiyanın sərnişindaşıma sahəsinə mənfi təsirlərini dərin tədqiqatlar aparmadan vizual müşahidələrlə görə bilərik. Çünki "evdə qal" prinsipinin tətbiq olunması, bir çox iş sahələrinin məhdud rejimdə fəaliyyət göstərməsi hərəkətdə olan insanların, xüsusilə sərnişinlərin sayının azalmasına gətirib çıxarır. Bu da nəticədə ictimai nəqliyyatdan istifadə edən insanların sayında kəskin azalmalara gətirib çıxarır.

Bəllidir ki, pandemiya şəraitində fəaliyyəti zəruri olan vətəndaşların daşınması mütləqdir. İctimai nəqliyyatda sosial məsafənin qorunması isə xüsusi önəm daşıyır. Elə bu səbəbdən karantin dövründə daşıyıcı şirkətlər önündə daha bir öhdəlik müəyyən olundu ki, bu da pik saatlarda daha çox avtobusların xəttə buraxılması idi. Həmçinin metropolitenin fəaliyyətini dayandırması məhdud sayda iş sahələrində fəaliyyət göstərən sərnişinlərin avtobuslara üz tutmasına səbəb olacaq".

Ekspert hazırda avtobuslarla sərnişindaşıma xidmətləri göstərən şirkətlərin gəlirləri ilə bağlı dərinləşdirilmiş araşdırmaların aparılmadığını bildirir:

"Bizim hazırda istinad edə biləcəyimiz hansısa tədqiqat məhsulu yoxdur. Lakin ümumi təhlillər göstərir ki, bu sektorun rentabellik məsələsi həqiqətən də günün aktual məsələlərindən biridir. Burada da sərnişindaşıma şirkətləri rentabelliyə və gəlirliyə baxmadan fəaliyyət göstərirlər.

Düşünürəm ki, daşıyıcı şirkətlərin çətin duruma düşməsi məsələsini aidiyyəti strukturlar nəzərdən keçirirlər. Bu sahədə yumuşaq vergi siyasəti, daşıyıcı şirkətlərə müəyyən subsidiya və dotasiyaların ayrılması onların müflis olmasının qarşısını ala bilər. Çünki rentabellik olmadığı təqdirdə daşıyıcı şirkətlər xəttə daha çox avtobus buraxılmasında maraqlı olmurlar. Bu da sosial məsafə problemlərinə yol açmış ola bilər. Aidiyyəti struklturlar daşıyıcı şirkətləri dəstəkləyə biləcək müxtəlif güzəşt paketləri ilə onlara stimul verə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477