Daha bir aktyor koronavirusdan öldü

Daha bir aktyor koronavirusdan öldüBrodvey ulduzu, teatr və kino aktyoru Nik Kordero 41 yaşında ABŞ-da vəfat edib.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə TMZ yazır.

Onun koronavirusdan öldüyü vurğulanır.

Cordero sətəlcəm şübhəsi ilə xəstəxanaya yerləşdirildikdən sonra ona koronavirus diaqnozu qoyulub. Xəstəxanada müalicə zamanı aktyorun vəziyyəti ağırlaşıb. O, septik şok keçirib, ağciyərində infeksiya aşkarlanıb və ayağı amputasiya olunub.

Korderonun yoldaşı Amanda Kluts şəxsi "İnstagram" səhifəsində aktyorun üç ay ölümlə mübarizə apardığını yazıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1938   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş