Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

Məşhurlar karantini necə keçirdiklərindən və peşmanlıqlarından danışdılar.

BiG.AZ məşhurlara “Bu karantin dövrü sizə ən çox nəyi öyrətdi?” və “Karantindən əvvəl nəyi etmədiyiniz üçün peşmansınız?” suallarını ünvanladı.

Verilən cavabları təqdim edirik:

Aparıcı və aktrisa Aysel Nazim:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Karantin vaxtı sağlamlığın ən böyük zənginlik olduğunu öyrəndim. Çalışdığım üçün ailəmə çox zaman ayıra bilmirdim. Bu dövrü onlarla keçirdim, oğlumla daha çox oyunlar oynadım, ona nələrisə öyrətməyə çalışdım, sosial mediada daha çox aktiv olduq, maraqlı videolar paylaşdıq.

Peşmanlığa cavabım isə İtaliyaya səyahət olacaq. Hər zaman görmək istədiyim şəhərlər Roma, Milan və Venesiyadır. Təəssüf ki, həmişə təxirə salırdım, bu dəfə də keçdi. Növbəti yay gedərəm və ya payızda gedərəm deyirdim, beləcə zaman keçirdi. Kaş ki, gedərdim”.

Müğənni Roza Zərgərli:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Karantin dövrü mənə sadəcə evdə daha çox zaman keçirtməyi öyrətdi. Belə başqa bir dəyişiklik olmadı. Birdəki böyük kütlədən uzaq olduq. Biz sənət adamlarının böyük kütlədə çıxış etmək, insanları əyləndirmək, sevinc bəxş etmək kimi məqsədimiz varıydı amma bu karantin dövründə bunlardan uzaqlaşdıq. Ən çox kütləsiz necə qalmağı öyrəndik.

Karantin öcəsi peşmanlığını çəkdiyim nəsə olmayıb. Heçnəyə peşman deyiləm. Doya-doya həyatımızı yaşamışıq. Amma İnşAllah bu günlər də çıxıb gedər”.

Aktrisa Oksana Rəsulova:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Bu karantin dövrü mənə həyatın, havanın, hər şeyin qiymətini daha yaxşı bilməyi və daha yaxşı dəyərləndirməyi öyrətdi. Allaha daha da yaxın olub sığınmağı, insanlara daha çox dəyər verib, eşitməyi öyrətdi.

Bağ evi tikdirmədiyim üçün peşmanam. O qədər istəmişəm amma hər zaman nəsə çatışmayıb; ya pul ya da həvəs. Lakin indi görürəm ki, bağ evi olsaydı karantin günlərində orda qalardıq. Zarafat edirəm. Nə yaxşı ki, rayonda evimiz var, peşmanlığım yoxdur”.

Aktyor Şəhriyar Əbilov:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Karantin dövrü mənə 10 yaşında tərk etdiyim rəsm çəkmək sevgisini qaytardı və təbiətə sevgimi artırdı. Hər şeyin qədrini bilməyi öyrətdi. Bu karantində 10-a yaxın rəsm çəkmişəm. Artıq rəssamlıqla bağlı “Instagram”da səhifəm də var.

Peşmanlığım isə vaxtımın qədrini bilməməyi deyərdim. Yəni bu dövrdə rəsm öyrəndim və vaxtımın qədrini bilərək daha faydalı işlərlə məşğul oluram. Valideynlərimə vaxtımı az ayırırdım ona peşmanam. İndi isə daha çox onlarla oluram”.

Produser Təranə Səmədova:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Karantin dövrü mənə doğmalarıma, sevdiklərimə daha çox dəyər verməyi, daha çox evdarlığı, daha çox biş-düş etməyi, qızımın dərsləri ilə daha artıq məşğul olmağı, bir də əsl dostlarımı saxta dostlarımdan ayırmağı öyrətdi.

İkinci suala gəldikdə isə əslində, peşman olduğum birşey yoxdur. Amma xırda sayıb dəyər vermədiyimiz bir çox şeylərimizə daha çox dəyər verməyi öyrəndik”.

Rejissor və aktyor Elvin Əhmədov:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

“Karantin dövrü mənə dünyada dünya boyda yalanın var olmasını öyrətdi. Söhbət virusdan, xəstəlikdən getmir, mən bunlara inanıram. Ancaq bütün bunların niyə baş verdiyini, o düymənin niyə basıldığını həqiqətən öyrənmək istərdim.

İkinci suala cavabım isə: əsəblərimi müalicə etmədiyim üçün peşmanam”.

Elmir Kərimli

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2780 Tarix: 06.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol