"Ruhun bizimlə əbədi yaşayacaq..." - Məşhur aparıcı AĞIR İTKİSİNDƏN DANIŞDI

"Ruhun bizimlə əbədi yaşayacaq..." - Məşhur aparıcı AĞIR İTKİSİNDƏN DANIŞDI

Tanınmış xəbər aparıcısı Lalə Azərtaş sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında bir müddət öncə dünyasını dəyişən dayısı ilə rəqsini və fotolarını paylaşıb. O, fotoları paylaşaraq dayısının itkisi onun üçün ağır olduğunu qeyd edib:

"İstər 40 gün keçsin, istər 40 il, Allah verdiyi ömür qədər... Səni həmişə belə xatırlayacam- məclislər yaraşıgı, boyuma uçan, hamımızı öz dilimizdə danışdırıb, özümüzə uygun oynadan, dünya boyda ürəyi olan, el oglu, kişi kimi kişi İlqar! 40 gün öncə ölüm xəbərini paylaşanda yazdım ki, yəqin izləyicilərin çoxu onu tanıyacaq. Dediyim kimi də oldu, mindən çox şərh səndən yazdı. Sən demə yaxşı müdir, yaxşı dost, yaxşı sirdaş, kasıblar atası, esil insanimişsən... Rəhmət yazan hər kəsin ölənlərinə rəhmət bir daha... Sənə bütün xoş sözlər yaraşdı, bir tek sonuncu şəkildəki məkandan başqa... Amma Allahın məsləhəti... Sən o dünyadasan, ruhun bizlə əbədi yaşayacaq... Allahım sənə qəni-qəni və özün dediyin kimi dogurdan da rəhmət eləsin, dayım".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 22168 Tarix: 06.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol