Məşhur italiyalı bəstəkar Ennio Morrikone vəfat etdi

Məşhur italiyalı bəstəkar Ennio Morrikone vəfat etdi

Dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor Ennio Morrikone 91 yaşında vəfat edib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "La Repubblica" yazır.

Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşan Morrikone "İtaliya Respublikasına xidmətinə görə" ordenlə təltif olunub.

Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı, film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olub. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım heç kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşıb.

Natəvan Baxşiyeva


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 502 Tarix: 06.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol