Son zamanlar COVID-19-a ailəvi yoluxmalar qeydə alınır

Son zamanlar COVID-19-a ailəvi yoluxmalar qeydə alınırFevral-mart aylarında televiziya kanallarında COVID-19 infeksiyasının tüğyan etdiyi bəzi ölkələrdə xəstəliyin törətdiyi acınacaqlı vəziyyəti görürdük. İnsanların küçədə gedərkən qəfildən vəfat etdiyinə dair görüntülər də yayılmışdı. O dövrdə ölkə rəhbərliyinin qəbul etdiyi ən düzgün qərar təcili şəkildə sərhədlərin, məktəblərin, insanların kütləvi yoluxa biləcəyi məkanların bağlanması, klinikaların, xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılması, yeni xəstəxanaların yaradılması və həmin tibb müəssisələrində xəstələrin müalicəsini təşkil etmək oldu. Düşünürəm ki, bu, çox doğru addım idi və hazırda biz onun nəticələrini görürük.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib.

"Əvvəlki sərt karantin rejiminin tətbiq olunduğu vaxtda epidemioloji vəziyyət xeyli yaxşılaşmışdı. Yoluxma halları xeyli az idi. Sonradan yumşalma tədbirləri tətbiq olundu. Bəzi vətəndaşlar yumşalma tədbirlərindən istifadə edərək qaydalara etinasız yanaşmağa başladılar. Bu da yoluxanların sayının artımı ilə nəticələndi.

Ölkə başçısının çıxışlarının birində söylədiyi "Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı" fikrini xüsusi vurğulamaq istəyirəm. Çünki iqtisadiyyatı sonradan möhkəmləndirmək də mümkündür, lakin insanların sağlamlığını itirmək olmaz. Dövlətimiz insanların sağlamlığını seçdi və düzgün qərarlar qəbul etdi. Lakin müşahidələr onu göstərir ki, vətəndaşların bir qismi qaydalara əməl etmir, maska taxmırlar. Bəlkə həmin insanların özləri daşıyıcıdır və ya yoluxucu vəziyyətdədirlər? Onlar ətrafdakıları da yoluxdura bilərlər. Çox təəssüf ki, son vaxtlar vətəndaşlar xəstəxanalara, klinikalara fərdi qaydada deyil, ailəvi şəkildə müraciət edirlər. Yəni ailəvi yoluxmalar qeydə alınır. Bu, onu göstərir ki, ailə üzvlərindən biri haradasa virusa yoluxur və gəlib digərlərini də yoluxdurur. Araşdırmalara görə, onların əksəriyyəti yas yerlərinə getdikdən, karantin qaydalarına zidd olaraq hansısa mənzildə təşkil olunan doğum günü məclislərində iştirak etdikdən sonra yoluxublar. Həmçinin insanların kütləvi toplaşdıqları yerlərə gedərək orada özləri yoluxub, sonra isə ailə üzvlərini yoluxdurublar. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, virusa yoluxmaqdan qorunmaq və yoluxma zəncirini qırmaq lazımdır. Bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etmək lazımdır. Verilən tövsiyələr, qəbul edilən qərarlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib", - deyə S.Musayev qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2197   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 426
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

20:19 26
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 1279
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 123
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

14:05 433
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 491
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 225
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 212
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 159