Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - Sosioloq

Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - SosioloqUzun illərdir ki, toylarımızda, hətta yas mərasimlərində israfçılığın edilməsi ictimaiyyətdə ən çox müzakirə olunan və tənqidə məruz qalan məsələlərdən biridir. Lakin bütün bu tənqid və qınaqlara baxmayaraq, mövzu aktuallığını itirmir, əksinə bu sahədə problemlər artaraq daha qabarıq formada özünü biruzə verməyə davam edir.

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, toylarımızın artıq uzun müddətdir ki, həm toy sahibi, həm də dəvət olunan qonaqlar üçün ciddi bir maddi yükə çevrildiyi heç kimə sirr deyil. Belə ki, əvvəlki illərdə olduğu kimi indi toyda toplanılan pullarla toy sahibi hər hansı ehtiyacını ödəyə bilmir. Bu pul əksər hallarda yalnız restoran və müğənni xərclərinə kifayət edir:

"Həm də həqiqətən aylıq məvaciblə ailəsini dolandıran orta gəlirli Azərbaycan vətəndaşı üçün ayda təxminən 3-4 toy məclisində iştirak etmək və ora "pul yazdırmaq" iqtisadi cəhətdən çox çətindir. Eyni zamanda, toylardakı yeknəsəqlik və hədsiz dərəcədə yüksək səs əlavə psixoloji gərginliyə səbəb olur. Təbii ki, bu sahədən kifayət qədər gəlir əldə edən iş adamları və şou biznes əhli var. Həmin şəxslər vəziyyətin məhz bu cür davam etməsini həm arzulayır, həm də müxtəlif təbliğat üsulları ilə buna nail olmağa çalışırlar. Bu, əslində göstərişin hakim olduğu istehlak cəmiyyətləri üçün spesifik bir haldır. Bu cür cəmiyyətlərdə sosial həyat həqiqət prizmasından uzaqlaşaraq fantaziyaların üstünlük təşkil etdiyi bir sferaya çevrilir".

Ə.Süleymanlı qeyd edib ki, belə cəmiyyətlərdə fərdlər ehtiyaclarını ödəmək üçün deyil, arzu və xəyallarını təmin etmək məqsədilə istehlak davranışı sərgiləyirlər. Çünki göstərişin təqdim etdiyi simvollar onların arzularını hədəf olaraq seçmək, bu cür həyat tərzini müxtəlif təbliğat vasitələri ilə diqtə etməkdədir.

Sosioluqun sözlərinə görə, indi artıq bütün dünyada koronavirusun meydana gətirdiyi şərtlərlə birlikdə insanlar həm sağlamlıq, həm də maddi baxımdan bir çox istehlak vərdişlərini yenidən nəzərdən keçirirlər. Xüsusilə indiki zamanda dünyada dəbdəbə və israfçılığa səbəb olan istehlak davranışlarından boyun qaçırma halları müşahidə olunur. Buraya həmçinin toy məclisləri, ad günləri kimi müxtəlif növ əyləncə tədbirləri də aiddir:

"Artıq ara məsəfəni qorumaq və yoluxma riskinə görə toylarda qonaqların sayını azaltmaq lazım gələcək. Hesab edirəm ki, bu vəziyyət dəbdəbəli və lüzumsuz israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir. Ailə içində, təbiət qoynunda hər kəsin deyib-gülüb xoş vaxt keçirəcəyi çox darıxdığımız el şənliklərini yenidən canlandıra bilərik".

Ə.Süleymanlı qeyd edib ki, ailə və nikah institutu mövzusunda son aylarda Azərbaycanda və xaricdə təhsil alan 900 gənc respondent arasında sorğu keçirib. 80 suallıq anket tədqiqatında "Hansı növ mərasimlə ailə həyatı qurmağı arzu edirsiniz" sualına respondentlərin əhəmiyyətli bir hissəsi - 23 faizi "ailə daxilində kiçik bir kampaniya" cavabını verib:

"Buradan belə bir nəticəyə gəlmək olar ki, gənclər də bu cür izdihamlı, menyu və qonaqların say çoxluğu ilə ölçülən toy mərasimlərindən sıxılıblar. Toy azərbaycanlıların sosial həyatının çox vacib komponentlərindən biridir. Əlbəttə ki, hər bir kəs toy gününün yaddaqalan keçməsi, ömür boyu xatirələrdə qalmasını arzu edir. Bunun üçün də, toylarımızı əsl məqsədinə yönəltmək lazımdır və onlar həqiqi mənada hamının zövq alacağı bir şənlik ab-havasında keçirilməlidir. Toyların sadələşdirilməsi üçün öz məclislərimizdən başlamalıyıq. "El-aləm nə deyər" kimi lüzumsuz fikirlərdən qurtulmalı, istehlak cəmiyyətinin təbliğat maşınının təzyiqlərinə tab gətirməyi bacarmalıyıq. Onda həm toylarımız insanlara maddi baxımdan yük olmayacaq, həm də daha bərəkətli və şən keçəcək. Bu işdə KİV-lərin də öhdəsinə böyük məsuliyyət düşür. Belə ki onlar da çox dəbdəbəli toyları təbliğ etmək əvəzinə tanınmış şəxsləri (məmurlar, ictimai xadimlər və s) toylarda lüzumsuz israfa yol verdikləri üçün tənqid etməyə çalışsalar, bu məsələyə töhfə verə bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2139   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949