Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmır"

Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmır""Apteklərdə vitamin C, sink tapılmamasından və qiymətin çox baha olmasından şikayət edirlər. Bilin ki, bunları aptekdən almağa ehtiyac yoxdur. Əvvəla satılan vitamin C sintetikdir. İkincisi, zatən sizə yüksək doza lazım deyil. Vitamin C və sink immuniteti artırmır. Sadəcə bunların çatışmazlığı yaranmasın deyə lazımdır".

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, artıq dozada C vitamininin əhəmiyyətinin olmadığını qeyd edib:

"Artıq doza tamamilə mənasızdır. Çatışmazlığın qarşısını təbii vasitələrlə almaq daha məsləhətdir. Təbii vitamin C mənbələri bunlardır: brokkoli, gül kələm, limon, digər sitrus meyvələri, çiyələk, kartof və pomidor.

Profilaktik məqsədlə sinki də aptekdən almayın. Yüksək doza sinkin heç bir əhəmiyyəti yoxdur. Ən güclü təbii sink mənbəyi ətdir. Ət, toyuq, balıq və süd məhsulları - qatıq, süzmə, kəsmik, pendir. Vegetarianlar lobyadan, badamdan, qoz-fındıqdan, paxladan sink ehtiyaclarını ödəyə bilərlər".

Daha sonra mütəxəssis vitamin D-nin vacibliyindən söz açıb. O, ən yaxşı vitamin D mənbəyinin Günəş şüaları olduğunu qeyd edib və isti havada qolların, ayaqların açıq qalmasının vacibliyini vurğulayıb:

"Orqanizmin D vitamininə olan tələbatının cəmi 20%-i qidalarla, 80%-i isə Günəş şüası vasitəsilədir. Vitamin D çox qəbul etmək olmaz, çünki suda həll olunan vitaminlərdən fərqli olaraq onun hipervitaminozu - zərəri var.

Amma günün altında çox qalmayın. Gündəlik yarım saat bəs edir. Həm də günəşlənərkən ultrabənövşəyi şüalara qarşı filtri olan eynəklərdən istifadə etməyin.

İnsanın dərisində melanosit adlı hüceyrələr var, bunlar melanin adlı dəri piqmenti istehsal edir. Melanin isə dərini ultrabənövşəyi şüaların kanserogen təsirindən qoruyur. Melanositlər nə qədər çox işləsə, dəridə melanin çox olar - dəri tündləşər. Melanositin nə qədər melanin istehsal etməsinə nəzarət isə melanosit stimulyasiyaedici hormon vasitəsilədir. Bu hormonu hipofiz ifraz edir və siqnalı gözlərdən götürür. İşıq nə qədər çoxdursa, bu hormon da o qədər çox çıxacaq. Qara eynək taxdıqda gözlərə çox şüa düşmədiyi üçün lazımi miqdarda hormon çıxmır və melanin artmır. Nəticədə melanin az olan dəridə Günəşin ultrabənövşəyi şüaları xərçəng törədə bilər.

Ayaqların və qolların açıq olması D vitamini ehtiyacını 80% qarşılayır. Qalan 20% isə qidalarda - süddə, balıqda, yumurta sarısında var".(publika)

Məşhur həkimdən vitaminlərlə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Sintetikdir, immuniteti artırmır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2251   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23290
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 163
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1045
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1842
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1097
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1302
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 848
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1231
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 941