"Sobsan" boya fabrikindəki yanğında xəsarət alan FHN əməkdaşları xəstəxanaya aparıldı – YENİLƏNİB+VİDEO

"Sobsan" boya fabrikindəki yanğında xəsarət alan FHN əməkdaşları xəstəxanaya aparıldı – YENİLƏNİB+VİDEO

7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.


21:43

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Oxu.Az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib.

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.

21:15

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda FHN yanğından mühafizə xidməti alovun lokallaşdırılması və söndürülməsi üçün mübarizə aparır.

Baku TV-nin əldə etdiyi ilk məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Onlar təcili xəstəxanaya çatdırılıblar.

21:01

7-ci mikrorayondakı “Sobsan” boya fabrikinə məxsus sexdə yanğın davam edir.

FHN-dən BiG.AZ-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğın zamanı ətrafdakı insanlar təxliyyə edilib.

20:37

Bakının Binəqədi rayonunda dəhşətli yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə 7-ci mikrorayon adlanan ərazidə olub.

İlkin məlumatlara görə, “Sobsan” boya fabrikinə məxsus sexdə partlayış olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2812 Tarix: 04.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol