Boya fabrikindəki yanğın partlamadan sonra başlayıb - TƏFƏRRÜAT

Boya fabrikindəki yanğın partlamadan sonra başlayıb - TƏFƏRRÜAT

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının təfərrüatı bəlli olub.

Baku TV-nin müxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə iri boya borularından birinin partlaması nəticəsində baş verib.

Bu zaman fabrikə məxsus avtomobil yanıb.

Bundan əlavə, fabrikin əməkdaşı Əsgər adlı şəxsin yanıq xəsarəti aldığı dəqiqləşib. Ayaqları yanan şəxsə həkimlər ilk yardım göstəriblər.

Həmçinin yanğınla mübarizə zamanı FHN əməkdaşlarından zəhərlənənlərin və həkim müdaxiləsinə ehtiyac duyanların olduğu da bildirilib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2041 Tarix: 04.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol