Ekspert: "Avtobuslarda əvvəlki kimi sıxlıq olmayacaq

Ekspert: "Avtobuslarda əvvəlki kimi sıxlıq olmayacaqXüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə birbaşa təsir edəcək. Belə ki, iyulun 1-dən Bakının küçə və prospektlərində qurulmuş karantin postlarının yığışdırılmasına başlanılıb. Bu gündən (iyulun 4-dən) Bakı metrosunun fəaliyyəti dayandırılır. Bakıda ictimai nəqliyyat avtobus və metrodan ibarət oluğundan (şəhərdə tramvay, trolleybus və s. yoxudr) qarşıadkı yarım ayda əsas güc avtobusların üzərinə düşəcək.

Yeri gəlmişkən, 6 iyuldan şəhərdə 7 ekspres avtobus xəttinin fəaliyyəti bərpa edilir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sfera.az saytına verdiyi açıqlamada bildirib ki, bu dəfə xətlərə daha çox avtobus buraxmaq lazım gələcək:

"Mart ayından tətbiq edilən xüsusi karantin rejimində bir çox sahələr fəaliyyət göstərmədiyi üçün küçədə insanların sayı az idi. Bu gün isə insanların sayı əvvəlkindən daha çoxdur. Çünki bir çox sahələrin fəaliyyətinə icazə verilib. Odur ki, BNA-nın fəaliyyətini alqışlayıram. Çünki agentlik metronun fəaliyyətinin dayanması ilə bağlı qərara operativ reaksiya verdi və ekspres avtobusların fəaliyyətini təmin etdi. Düşünürəm ki, ekspres avtobusların hərəkət mexanizmini izləniləcək və ona uyğun addımlar atılacaq. Bu dəfə xətlərə daha çox avtobus buraxmaq lazım olacaq. Şəxsi nəqliyyatla hərəkət edə bilməyən vətəndaşlar az deyil. Onlar yalnız avtobusların ümidinə qalacaq. Bu insanları da yolda qoymaq lazım deyil. 2 saatlıq evdən çıxan sərnişinlər həmin vaxtı dayanacaqda avtobus gözləməklə keçirməməlidir".

Ekspertin fikrincə avtobuslarda əvvəlki dövrdə olduğu kimi sıxlıq müşahidə olunmayacaq:

"Avtobusların sayını intervalla nəzərə almaq lazımdır. Vəziyyətə uyğun dərhal avtobusların sayı bardə qərar qəbul edilməldir. Sıxlıq olarsa dərhal həmin istiqamətdə avtobus sayını artırmaq və digər addımlarla prosesləri tənzimləmək lazımdır. İctimai nəqliyyatın məhdudlaşdırılması virusun qarşısını almağa yönəlmiş addımdır. Odur ki, ekspres avtobuslarda da sıxlıq olmamalı, sosial məsafə qorunmalı, maskalardan istifadə edilməlidir. Bunların təmin edilməsi baxımından BNA-nın üzərinə böyük yük düşür. Düşünürəm ki, BNA-ya da kömək etmək üçün hərbi qulluqçulardan istifadə edilməlidir. Çünki agentlik təkbaşına bu ağır işin öhdəsindən gələ bilməyəcək. Agentliyin o qədər əməkdaşı yoxdur ki, hər dayanacaqda insanlarla söhbət aparmaq, maska taxılmasına, ara məsafəsinin qorunmasına nəzarət etmək üçün bir nəfər təyin edilsin. Avtobusda yerlər dolubsa əlavə sərnişinlərin minməsi məhdudlaşdırılmalıdır. Düşünürəm ki, hərbi qulluqçuları BNA-nın da köməyinə yönləndirmək lazımdır. Bu qədər yükü tək BNA-nın üzərinə qoyub onlardan yüksək səviyyədə iş tələb etmək də düzgün deyil. Cəmiyyətin hər üzvü bu prosesi başa düşməli, agentliyin işinə mane olmamalı və dövlətimiz də digər qurumlara olduğu kimi BNA-ya da kömək etməlidir"

Ekspert əlavə edib ki, yollardakı postların yığışdırılması avtobuslararası intervalı azaldacaq:

"Avtobuslar postlarda xeyli vaxt itirirdi. İndi isə bu tıxaclar aradan qalxacaq. Son günlər yollarda bir o qədər sıxlıq da yoxdur. Həftə sonları nəqliyyat vasitələrinin sayı daha da azalacaq. Bu baxımdan xətlərə müəyyən sayda avtobus buraxmaqla normal interval üzrə sərnişinləri daşımaq mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1185   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 357
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 272
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 199
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 166
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 339
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 463
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 182
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 259