Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü - FOTO

Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü - FOTO
Mingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Qarayev Əlipənah Hüseyn oğlu 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə vəfat edib.

Məlumata görə, bir müddət öncə COVID-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə almış, bu təhlükəli virusa qalib gəlmiş və son yoxlanışdan sonra koronavirus testi neqativ çıxmış həkim Əlipənah Qarayev müalicədən sonra kontrol nəzarət üçün evdə saxlanılırdı. Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, dünən qəfil ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.(publika)

Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4552 Tarix: 04.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol