Ekspert: "Sərnişindaşımada əsas yük avtobusların üzərinə düşəcək"

Ekspert: "Sərnişindaşımada əsas yük avtobusların üzərinə düşəcək"Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verib. Karantin rejimin sərtləşdirilməsi ilə bağlı qərarla Bakı metropolitenin sərnişindaşıma fəaliyyəti də iyulun 20-nə qədər dayandırılıb.

Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərarın ardından Bakı Nəqliyyat Agentliyi (BNA) ekspres avtobusların fəaliyyətini bərpa edəcəyini açıqladı. Belə ki, 6 iyul tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunacaq.

Bəs karantin günlərində ictimai nəqliyyatın fəaliyyəti necə olacaq?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, metronun fəaliyyətini dayandırması virusa yoluxmanın azalmasına ciddi təsir göstərəcək:

"Çünki epidemiyanın ən çox yayıldığı yerlərdən biri də metrodur və burada kütləvi sərnişin axını var. Həmçinin, metropolitenin fəaliyyətini dayandırması özü ilə bərabər bir sıra çətinliklərə də səbəb olacaq. Belə ki, bu qərar sərnişindaşımada əsas yükün digər nəqliyyat vasitələrinə, xüsusən də avtobusların üzərinə düşməsinə gətirib çıxaracaq. Azərbaycanda alternativ nəqliyyat növü kimi tramvay və trolleybusların olmaması sərnişinlərin əsasən avtobuslara yönələcəyini göstərir. Elə bu səbəbdən də BNA metro stansiyaları arasında fəaliyyət göstərən ekspres avtobusların fəaliyyətini bərpa edib".

Ekspert sərt karantin dönəmində vətəndaşların vacib olmadıqca evdən çıxmamasını da tövsiyə edib: "Bu dönəmdə insanların vacib olmadığı hallarda evdən çıxması və ictimai nəqliyyatdan istifadə etməsi avtobuslarda sərnişin sıxlığına səbəb ola bilər. Buna görə də, sərnişinlərə vacib olmadıqca evdən çıxmamağı və ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi tövsiyə edirəm. Təbii ki, bu dönəmdə sərnişinlər də müəyyən tələblərə əməl etməli, avtobuslarda tibbi maskadan istifadə etməyi unutmamalıdır. Nəzərə almaq lazımdır ki, karantin rejiminin sərtləşdirilməsi uzunmüddətli deyil və yoluxmaların sayının azaldılması məqsədi daşıyır. Buna görə də, sərnişinlərin mümkün qədər tələblərə əməl etməsi önəmldir".

Y. Mustafayev polis postlarının yığışdırılması ilə yollarda sıxlıqların aradan qalxacağına da diqqət çəkib:

"Postlar istər minik avtomobillərinin, istərsə də avtobus marşrutlarının hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Eləcə də, yaranan avtomobil sıxlığı avtobusların hərəkət intervallarında müəyyən gecikmələrin yaranmasına və hərəkət intensivliyinin pozulmasına səbəb olurdu. Hazırda polis postlarının yığışdırılmasında əsas məqsəd elə sıxlıqların aradan qaldırılmasıdır. Təbii ki, bu addım da avtobus marşrutlarının fasiləsiz hərəkətini bərpa etməklə, avtobuslar arasında vaxt intervalının azalmasına və avtobusların mənzil başına daha tez çatmasına səbəb olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1103   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862