Deputat: SOCAR-ın maliyyə hesabatını açıqlaması fəaliyyətinin şəffaflığına misaldır

Deputat: SOCAR-ın maliyyə hesabatını açıqlaması fəaliyyətinin şəffaflığına misaldırAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan iqtisadiyyatının bel sütunudur.

Bunu Milli Məclisin deputatı Tahir Kərimli SOCAR-ın 2019-cu il üzrə maliyyə hesabatını şərh edərkən bildirib.

O xatırladıb ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft istehsalı Azərbaycanda başlayıb və Azərbaycan dünyanın ilk neft ölkəsi olub: "Azərbaycanda 1901-ci ildə dünya neft hasilatının 51%-i istehsal olunub. Bundan sonra da Azərbaycanın dünyada əhəmiyyəti artıb və II Dünya müharibəsində də Azərbaycan bu sahədə çox mühüm dövlət olub".
O qeyd edib ki, SOCAR-ın inkişafının Azərbaycan üçün çox əhəmiyyətli olması çox yaxşı haldır: "SOCAR-ın birbaşa olaraq özünün əldə etdiyi karbohidrogen ehtiyatları - neft və qaz hasilatı və tədarükü Azərbaycanın inkişafına və Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir. Bu, həmçinin Azərbaycan dövlətinin və vətəndaşlarının gəlirlərinin artmasına səbəb olub. İkincisi, SOCAR-ın əldə etdiyi vəsaitlər başqa sahələrin inkişafına yönəldilir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında neft sektoru ilə yanaşı qeyri-neft sektorunda da SOCAR-ın əhəmiyyəti artır".

Deputat bildirib ki, bundan başqa, SOCAR eyni zamanda sosial layihələr həyata keçirir: "Bu sosial layihələr əsasında şirkət gəlir götürmədən Azərbaycanın ictimai həyatında mühüm rol oynayır. Nəhayət, SOCAR-ın istiqrazlarından da gəlirləri artır ki, bu da çox mühüm məsələdir. Təəssüf edirəm ki, bu gün pandemiya şəraiti bu məsələlərə müəyyən maneələr törədir".

T.Kərimlinin fikrincə, sonuncu amil isə SOCAR-ın beynəlxalq əhəmiyyətidir: "Bu gün Türkiyədə SOCAR-ın 2019-cu ildə əldə etdiyi gəlirləri 10 milyard manata yaxındır. Bu, olduqca böyük rəqəmdir. Bu gün Türkiyə ilə yanaşı, SOCAR-ın Gürcüstan, Ukrayna, İsveçrə və digər Avropa dövlətlərində təsisatları, törəmə şirkətləri mövcuddur. Bütün bu qurumlar Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsinə xidmət edir".

Millət vəkili vurğulayıb ki, belə bir şirkətin özünün maliyyə gəlirlərinin açıqlaması hədsiz dərəcədə vacib bir məsələdir: "Bu, bir dövlət şirkəti olaraq SOCAR-ın fəaliyyətinin şəffaflığına bir misaldır və onun götürdüyü beynəlxalq öhdəliklərə də uyğun gəlir. Eyni zamanda, bu gün istər Amerika qitəsində, istərsə də bir sıra ərəb ölkələrindəki dünyanın bir sıra böyük neft şirkətləri özlərinin maliyyə hesabatlarını və gəlirlərini açıqlamırlar. Bu da təbii ki, neft gəlirlərinin hara və nə dərəcədə ədalətli xərcləndiyi şübhə altına düşür. Bu nöqteyi-nəzərdən SOCAR-ın maliyyə hesabatlarını açıqlaması onun Azərbaycan dövləti və cəmiyyəti qarşısında götürdüyü öhdəliklər, həmçinin beynəlxalq oyunçu kimi şəffaflığının göstəricisidir. Bunlar hamısı yaxşı hallardır".

O hesab edir ki, SOCAR-ın fəaliyyətindəki istiqamətlər gələcəkdə inkişaf edəcək: "Sevindirici hal ondan ibarətdir ki, SOCAR-ın gəlirləri ildən-ilə artır. Bu çox yaxşı haldır. SOCAR-ın gəlirlərinin artması şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin möhkəmləndirilməsinə mühüm töhfədir".

Xatırladaq ki, bu günlərdə SOCAR 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb. Hesabata nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young Holdings (CIS) B.V." tərəfindən müsbət rəy verilib.

Belə ki, SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib.
Eyni zamanda, 2019-cu maliyyə ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki "SOCAR Trading" və "SOCAR Energy Holding" şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 943
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 272
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 542
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 380